Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Sen
    Digər Hər bir addımın son məqsədi 20 Sentyabr–Dövlət Müstəqilliyi Günü idi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu ölkəmizin dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

    Qeyd olunub ki, Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.

    44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, Daha ətraflı »

  • 19Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixli antiterror hadisələri zamanı azad edilən DİLBƏR GUŞƏLƏRİMİZDƏN DAHA BİRİ-BALLIQAYA KƏNDİ üçün şərhlər bağlıdır

    Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.

    Ballıqaya (əvvəlki adı: Kiçan) oykonimi Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır. Etimologiyaya görə qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. Sahəsi 674 hektardır. Əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Kənddə orta məktəb, klub, yardım stansiyası və s. mövcuddur.
    Daha qədim mənbələrdən biri isə onu deməyə əsas verir ki, ərazi alban ərazisi olduğu üçün Ballıqaya oykonimi burada məskunlaşmış bal tayfasından adını almış etnotoponimdir. Bir qədər tarixə ekskurs edək. Nəzərinizə çatdırım ki, mənbənin bu hissəsi olduqca maraqlıdır:
    Yazılı mənbələrdə ballar ilə Artsax arasında IX əsrdə baş vermiş hərbi toqquşma-lar qeydə alınmışdır. Çox güman ki, bu toqquşmalar ballar öz heyvan sürülərini dədə-babalarına məxsus olan Artsax yaylaqlarına sürdükləri zaman baş verirdi. Belə hərbi münaqişələrin birində Amaras vilayəti çox böyük dağıntılara məruz qalmışdı. Lakin sonralar bal – Artsax münasibətləri diplomatiya yolu ilə nizamlanmışdı. Gəncəsər məbədində 1266-cı ildə həkk edilmiş yazıdan məlum olur ki, Artsaxın alban hökmdarı Həsən Cəlal Bal hökmdarının nəvəsi Mamkan ilə evlənmiş, bu nigahdan onların Atabəy adlı oğulları dünyaya göz aç-mışdı. Həmin Atabəy atasının ölümündən sonra Artsax hökmdarı olmuşdu. Daha ətraflı »

  • 18Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı ərazi bütövlüymüzün tam bərpası ilə yekunlaşdı üçün şərhlər bağlıdır

    2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Ağdam, Laçın və Kəlbəcər şəhərləri isə bir güllə atılmadan azad edilmişdir.

    İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur.

    Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.

    Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Daha ətraflı »

  • 11Sen
    Digər Bu barədə düşünmək lazımdır üçün şərhlər bağlıdır

    UŞAQLARDA AQRESSİYA NƏDƏN YARANIR?

    Son zamanlar biz anaların uşaqlarda ən çox narahat olduğumuz, şikayətləndiyimiz vəziyyətlərindən biri də bir anda onların dəyişməsi, aqressiv olması, nəyisə töküb dağıtmaları, qırmalarıdır. Bəzən anlaya bilmirik ki, nə baş verir? Bu zaman nə etməliyik və ya buna səbəb nə olur? Axı, hər şeyin bir səbəbi olur. Uşaqlarda aqressiyanı yaradan səbəb nədir?
    Hər bir şeyin başlanğıcı ailədən gəlsə də, bəzən ətarf mühitin də zərərli tərəfləri uşaqlara təsir göstərə bilir. Xüsusilə uşaqların aqressiv olmaları tək ailəylə bağlı deyil. Bəzən biz analar bunu dərk edə bilmirik. Həyatın qovhaqovunda uşaqlarımıza lazımınca önəm verə bilmirik, onlarla bolluca zaman keçirə bilmirik. Çöldəki problemlərimizi evə qədər gətirib çıxarırıq və övladlarımız da buna şahid olur.
    Bəzən isə bu, tək ailəylə, mühitlə bağlı olmur, sırf uşağın özüylə bağlı olur. Ümumiyyətlə, uşaqlarda aqressiya, gərginlik kimi hallar onlar özlərini ifadə edə bilməyəndə də baş verir. Məsələn, hələ danışa bilməyən uşaq nəyisə deyə bilmir, başa salır, valideyn onu anlamayanda isə o əsəbləşir. Başlayır ağlamağa . Yaş sindromlarında da aqressiya özünü büruzə verir. Ən çox 3 yaş sindromunda bunu görürük. Bu yaşda uşaq daha çox öyrənməyə meylli olur. Uşağımızın marağı və bizim “olmazımız” arasında qarşıdurma yaranır. Biz valideynlər bunun həllini tapa bilmədikdə uşaqda qəzəb hissi yaranır. Belə olanda uşaq aqressivləşir. Yeniyetməlik yaş sindromları da bəzən bunlardan qaynaqlanır. Mühit dəyişkənliyi olanda da belə hallar olur. Bizim üçün adi gələn şeylər uşaqlar üçün bəzən ağır olur. Yaxın adamını itirməyin, ev dəyişmənin, nənə-babayla yaşayan bir uşağın birdən-birə onlardan ayrılmasının təsiri olur. Öyrəşdiyi əşyalar, evin qoxusu, təbii ki, bu, onu narahat edir. Əvvəl vərdiş etdiyi, oynadığı oyuncaqların yeri dəyişir və onu tapmayanda aqressivləşir, ətrafına, bəzən də özünə zərər verir. Başlayır oyuncaqlarını qırmağa və ya evdə hansısa əşayaya ziyan vurur. Bəzən valideynlərini dişləyir, çimdikləyir, qışqırır. Bu, bizə o qədər də ağır gəlməsə də, bir uşağın düşüncəsi üçün ağır olur. Daha ətraflı »

  • 11Sen
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Uşaqlar üçün yeni istirahət məkanı

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhər və rayonlarımızda quruculuq və bərpa işlərinin aparılmasına dair tapışırıq və müvafiq göstərişlərinə əsasən Tərtər rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla aparılır.
    Həmçinin insanların vaxtlarının səmərəli keçməsi üçün binaların qarşısında söhbətgah, oturacaqlar, müxtəfil növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılır. Ötən günlərdə 4 nömrəli uşaq bağçasının və əlillərə inşa edilmiş binanın yanında uşaqlar üçün yeni istirahət məkanı salınıb. Burada uşaqların əylənməsi, oynaması üçün hər cür şarait yaradılıb. Buranın açılışı ən çox uşaqları sevindirir. Valideynlər bildirirlər ki, bizim küçəmiz şəhər mərkəzindən biraz uzaqdadır. Ona görə hər dəfə uşaqlarımızı oradakı parka apara bilmirdik. Bu məkanın yaradılması bizi bu problemdən azad etdi. Digər valideynlər də mənim kimi çox razıdırlar. Küçə sakinləri adından dövlətimizə, rayon rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Əziyyəti keçən hər kəsə təşəkkür edirik.

    Nərgiz Şükürova

  • 11Sen
    Digər Problem həllini tapdı üçün şərhlər bağlıdır

    Qəbiristanlıq hamının üz tutduğu bir məkandır. Ora aparan yol rahat olanda, insanlar da məmnun qalırlar.
    Neçə vaxt idi ki, qəbiristanlıq yolunun pis vəziyyətdə olması kənd sakinlərini narahat edirdi. Yağışlı havada dəfn mərasimlərinin keçi rilməsində çətinlik çəkirdik.
    Rayon rəhbəri kəndimizdə qəbul-görüş keçirərkən məsələni ona bildirdik və köməklik göstərməsini xahiş etdik. Tez bir zamanda problem həllini tapdı. Yol da rahat oldu, ziyarətə gedən insanlar da.

    Yasin Hüseynov,
    İsmayılbəyli kəndinin sakini

  • 10Sen
    Digər Azərbaycan və İtaliya strateji tərəfdaşlardır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı edib.

    Dövlət başçısı qeyd edib ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.

    Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub.

    Bildirilib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir.

    Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

    Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Daha ətraflı »

  • 02Sen
    Digər Ulu Öndər Heydər Əliyev 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib üçün şərhlər bağlıdır

    Milli dövlətçiliyimizə yeni nəfəs vermiş hadisə

    “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – Ulu Öndər Heydər Əliyev

    Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

    Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Daha ətraflı »

  • 29Avq
    Digər 97 saylı dairə üzrə 3 nəfərin 18 yaşı seçki günü tamam olacaq üçün şərhlər bağlıdır

    Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsinin qızğın vaxtıdır. 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 6 namizəd də hazırda fəal təbliğat və təşviqat işləri ilə məşğuldur.
    Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirdi ki, dairə üzrə 59 seçki məntəqəsi təşkil olunub. Onlardan 2-si işğaldan azad edilmiş ərazilərdə – Ağdərə şəhərində və Su-qovuşan qəsəbəsində yerləşir. Dairə üzrə seçici kimi qeydə alınan 506 nəfər ilk dəfə səs verəcək. 1116 nəfərin yaşı isə 80-100 arasıdır. Yaşı 100-dən yuxarı olan seçicilər də var ki, onların da sayı 7 nəfərdir. Həmçinin seçki günü 18 yaşı tamam olan 3 seçici ilk dəfə olaraq belə mühüm siyasi kampaniyada iştirak edəcək.
    Həmid Mehdiyev onu da qeyd etdi ki, bütün seçki məntəqələrində lazımi hazırlıq işləri görülüb – siyahılar dəqiqləşdirilib, məntəqələr texniki avadanlıq və müvafiq təlimat materialları ilə təmin olunub, 9 məntəqədə vebkameralar quraşdırılıb, məntəqə seçki komissiyalarının üzvləri treninqlərdə maarifləndiriliblər.
    Seçkiləri ayrı-ayrı siyasi partiyalardan və öz təşəbbüsü ilə 860 yerli müşahidəçi izləyəcək. Həmçinin siyasi kampaniyanın gedişinə beynəlxalq müşahidəçilər də nəzarət edəcəklər. Daha ətraflı »

  • 29Avq
    Digər YOLUMUZ QARABAĞADIR: BURA VƏTƏNDİR, BALAM! üçün şərhlər bağlıdır

    Məktəb vaxtı inşa yazardıq: Haradan başlanır Vətən?
    Hər kəs sərbəst mövzuda yazdığı inşasına bir cür başlardı: Kimi ana qucağından deyərdi, kimi ata ocağından, kimi doğulduğu şəhərdən, kənddən.
    Onda hələ torpaqlarımız işğal olunmamış, oğullarımız Qarabağ torpaqları uğrunda şəhid olmamışdı.
    İndi məktəbli olsam, Vətən mənimçün şəhid qanı ilə suvarılmış Qarabağ torpaqlarından başlayır, deyərəm. O torpaqlardan ki, 44 günlük Vətən müharibəsində bu yerləri azad etməklə Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə igid oğullarımız 30 ildən sonra qələbə sevincini bizə yaşatdılar…
    Çoxdan idi ki, işğaldan azad edilmiş torpaqlarımızı ziyarət etmək istəyirdim. Ailəlikcə yolumuza Ağdamdan–vaxtı ilə çal-çagırli, bağbağatlı, qaynar həyatlı, insanları qoçaq, necə deyərlər, “daşdan pul çıxaran” Ağdamdan başladıq. Sonuncu dəfə bu şəhərdə hardasa 28 yaşımda olmuşdum. Yaddaşımda gözəl, çox gözəl bir şəhər kimi qalmışdı, məsçidini ziyarət etmişdim, çörək muzeyində olmuşdum, Pioner evinə (o vaxt pioner evinin direktoru tanınmış musiqiçi, bəstəkar, Qarabağdan çıxmış neçə-neçə sənətkarın ustadı olmuş Murad Rzayev idi) müsabiqəyə uşaq aparmışdıq. Mən də Tərtərdə eyni məkanda kütləvi işçi işləyirdim.
    Əvvələn deyim ki, bu yerlərə çox kövrək hisslərlə qədəm basdım, torpağında, hər daşında Azərbaycan əsgərinin ayaq səsini, atəş səslərini eşitdim, müharibənin ətrafa yaydığı ölümü, fəlakəti, əlilliyi yada saldım. Dağılan yurd yerləri, şəhid məzarlarının üstündə dalğalanan bayraqlarımız çox kövrəltdi məni. Ancaq aparılan tikinti-abadlıq işlərini gördükcə bir daha Prezidetimizlə – Ali Baş Komandanımızla qürur duydum. İnanıram ki, Ağdam insan əlləri ilə yenidən qurulacaq, yenidən əvvəlkindən də gözəl, yaraşıqlı bir şəhərə çevriləcək. Daha ətraflı »