44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ TİBB BACISININ GÖZÜ İLƏ
Azərbaycan xalqı böyük sevinc hissi ilə Zəfər bayramını qeyd edir. Bu, bizim hər birimiz üçün böyük xoşbəxtlikdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir”.
Dəfələrlə qeyd olunduğu kimi, Tərtərin hər bir vətəndaşının Qələbədə payı var. Çünki mənfur düşmənin bütün səylərinə baxmayaraq, rayon sakinlərinin 30 ildən artıq bir müddətdə düşmənlə üzbəüz məğrurcasına dayanması, yanan işıqlarımız, rayonumuzun abadlaşdırılması onların gözünə ox kimi batıb, bizim gücümüzü göstərib.
Qələbənin qazanılmasında böyük rolu olanlardan biri də rayon mərkəzi xəstəxanasının kollektividir.
44 gün ərzində xəstəxanada yaşananlar barədə 44 günün 44-nü də burada keçirən cərrahiyyə şöbəsinin tibb bacısı Səbinə Həsənova ilə söhbət etdik.
Səbinə xanım 1985-ci ildə Tərtərdə dogulub, şəhər 1 saylı tam orta məktəbin məzunudur. 2008-ci ildə Gəncə Tibb Kollecini feldşer ixtisası üzrə bitirib. Ailəlidir. Fatimə və Zenfira adlı qızları var.
Ondan müharibənin ilk gününü necə xatırlamasını soruşuram. Deyir:
– Ağ xələtlərimiz qan qoxuyurdu, ətrafda mərmilər partlayırdı, ancaq biz bunlara fikir vermirdik. Bircə amalımız vardı: Yaralılara əlimizdən gələn köməkliyi göstərmək, onların ağrılarını azaltmaq. Cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov, ətraf rayonlardan – Bərdədən, Göyçaydan gələn həkimlər, siravi tibb personalı, hər kəs bir əsgər kimi öz vəzifəsini yerinə yetirirdi. Daha ətraflı »
Yeni ismarıclar