Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi Pərviz Mustafayev ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Onun bu vəzifəyə gəlməsindən düz 22 il keçir. O zaman gənc mütəxəssisin kəndə rəhbər təyin olunması birmənalı qarşılanmadı. Bəziləri dedilər ki, əsgərlikdən yenicə qayıdıb, həyat təcrübəsi yoxdur, bizim qayğımızı necə çəkəcək?
Yaxından tanıyanlar savadlı, həm də çox zəhmətkeş olduğunu söylədilər. Son sözü isə kəndin ağsaqqalları dedilər. Onların fikri beləydi ki, “ot kökü üstə bitər”. Yusif Mustafa-yevin ailəsindən camaata biganə qalan övlad çıxa bilməz.
Pərviz müəllimin atası Yusif kişi ixtisasca feldşerdir. Bu ailədə 4 övlad böyüyüb. Yusif kişi Şahnabad xanımla halal zəhmətlərilə onların hamısına təhsil veriblər. Tərbiyələrinə də ki, söz ola bilməz.
Gənc icra nümayəndəsi deyilənlərin hamısını eşidirdi və bilirdi ki, qarşıdakı imtahan indiyədək universitet auditoriyalarındakı sınaqlara bənzəmir, bu, həyat imtahanıdır. Elə işləmək lazımdır ki, camaatın, o cümlədən kənd ağsaqqallarının etimadını doğrultsun. Daha ətraflı »
-
21NoyKənd Təsərufatı “OT KÖKÜ ÜSTƏ BİTƏR” üçün şərhlər bağlıdır
-
21NoyQazilərimiz Qazilərimizin sağlamlığının bərpası günümüzün aktual mövzularındandır üçün şərhlər bağlıdır
41 gündən sonra həyata yenidən göz açıb
Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
Başqa hərbçilərimiz kimi Rəşad da torpaqlarımızın düşmən əlində olmasından, insanlarımızın qaçqın-köçkün vəziyyətində yaşamasından hiddətlənirdi. Bir gün mənfur qonşularımız olan ermənilərin cavabını vermək məqamının çatacağını yaxşı bilirdi. Bilirdi ki, insanlarımız 30 ilə yaxın bir vaxtda yurd-yuvalarına həsrət qalıblar, bu həsrətə son qoymaq zamanıdır. 2020-ci ilin 27 sentyabrı həmin günün başlanğıcı oldu. Erməni terrorunun qarşısını almaq üçün Ali Baş Komandanın bircə əmri lazım idi. İnsanlarımızın həmrəyliyi ilə Ordumuz mənfur qonşularımızı susdurmağa qalxdı. Yüzlərlə oğullarımız Vətən torpaqlarını işğaldan azad etmək, əra-zilərimizi bütövlətmək üçün ölüm-qalım savaşına qoşuldu. Daha ətraflı » -
21NoyKənd Təsərufatı 2023-ci ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 5.8 faiz artıb üçün şərhlər bağlıdır
2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sa-hələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706 min manatlıq (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.Tərtər Rayon Statistika İdarəsi
-
21NoyKənd Təsərufatı Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 11.4 faiz artıb üçün şərhlər bağlıdır
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 96 milyon 275 min manat təşkil etmişdir. Məhsul buraxılışının 61 milyon 558.5 min manatı və ya 63.9 faizi bitkiçiliyin, 34 milyon 716.5 min manatı və ya 36.1 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 11.4 faiz artmışdır.
Tərtər Rayon Statistika İdarəsi
-
21NoyDigər QARABAĞIN İNCİSİ, SƏRSƏNG VADİSİNİN ƏSRARƏNGİZ TARİXİ – UMUDLU KƏNDİ üçün şərhlər bağlıdır
BAŞ VERƏNLƏRİ UNUTMAMALIYIQ
Qafqaz regionu tarix boyu əsrarəngiz təbiəti, gözəl landşaftı, yeraltı və yerüstü sərvəti ilə zəngin, məhz bu səbəbdən təlatümlü, riskli, təhdidli olmuş, terror aktları kimi bəlalara məruz qalmışdır. Müəyyən müddətlər böýük güclərin mübarizə meydanı və mübahisə mövzusu olmuşdur. Qafqaz qlobal dövlətlərin tort qismində bölgü aspekti olduğu üçün şərti olaraq Cənubi Qafqaz, Şimali Qafqaz region ayrımcılığına uğramışdır. Analoji siyasət Koreya, Hindistan, Almaniya və s. dövlətlərin tarixində də öz əksini tapmışdır. Təbii ki, bu siyasət tarixi varisliyi özündə ehtiva edən “Parçala və hökm et!” kimi şüarın tərkib hissəsidir.
Cənubi Qafqazın hər mənada lider dövləti olan Azərbaycanın tarixi çox şərəfli, şanlı və məğrurdur. Eyni zamanda Vətənimiz çox müsibətli tarixi dalğaların hər birindən müəyyən itkilərlə çıxmış, XXI əsrdə isə əzəli torpaqlarını işgaldan azad edən bir dövlət kimi, mübariz sərkərdəsi İlham Əliyevlə dünya dövlətlərinə nümunə olacaq tarix yazan ölkə kimi qızıl hərflərlə yaddaşlara əbədi həkk olunmuşdu.
Azərbaycan tarixində isə ən böyük itki Qarabağ olmuşdur ki, artıq tarixi ədalət bərqərar olan bir dövrdə yaşayırıq. Qarabağın incilərindən biri də əsrarəngiz Umudlu kəndidir ki, əhalisi adı kimi ümidlidir, 7-dən 70-dək tarix boyunca hər biri ərazisini qorumaq üçün sinəsini sipər etmişdir.
Beləliklə, tariximizdə baş verən bu faciəli hadisələri dərindən öyrənərək, onlara siyasi qiymət vermək lazımdır. Zaman-zaman davam edən bu məqsədyönlü və məkrli siyasət dövrümüzə qədər davam etməkdədir. Bütün bunları tətqiq edib xalqa çatdırmaq olduqca vacibdir. Etiraf etmək lazımdır ki, sovetlər dövründə baş verən bu hadisələrin öyrənilməməsi, xalqa çatdırılmaması, təbliğ olunmaması ucbatından uzun onilliklər ərzində başımıza gətirilən faciələrdən, onun səbəblərindən, mahiyyətindən yeni nəsillər az qala xəbərsizdir. Daha ətraflı » -
21NoyƏdəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır
Qarabağ
Artıq azad olundun yad əllərdən sən,
Sevinir hər qayan, hər daşın sənin.
Yenidən qoynunda həyat var olur
Qarabağ elində, obanda sənin.Başımız ucadır, alnımız açıq,
Deyirik Qarabağ azaddır daha.
Şəhidlərin qanı yerdə qalmadı,
Deyirik qanınız alındı daha.Məğrur xalqım köçür öz obasına,
Yenidən o yurdu qurur, yaradır.
Ağlaya-ağlaya çıxan Qarabağ,
İndi gülə-gülə geri qayıdır.Şəhriyar MƏMMƏDZADƏ,
Əsəd Məmmədov adına
şəhər 1 saylı tam orta
məktəbin 11-ci sinif şagirdi -
21NoyƏdəbiyyat Zəfər nəğməsi üçün şərhlər bağlıdır
Şükür sənə İlahi,
Qovuşduq yurdumuza.
Minnətdarıq, borcluyuq.
Müzəffər Ordumuza.Bizim üçün canından
Keçən şəhidlərimiz,
Şəhadət şərbətini
İçən şəhidlərimiz.Ey qəhrəman qazilər,
Haqqınız ödənilməz.
Sizintək oğulların
Yurdu heç vaxt yenilməzMöhkəm sıx o yumruğu,
Ali Baş Komandanım!
O yumruqda birləşib,
Vahid Azərbaycanım.Vətən dağı göynəmir,
Bağrımızın başında.
Zəfər marşı çalınır,
Yurdun hər qarışında.Qanınızla yuyuldu,
Paklandı torpağımız.
Sayənizdə ucaldı,
Enmədi bayrağımızSiz tarix kitabını
Qanınızla yazdınız.
Qarabağda düşmənin
Məzarını qazdınız.O yumruqla düşmənin
sındırmışıq belini,
Qoyaq dəmir yumruğun
Qızıldan heykəlini.
Asif TALIBOĞLU,
15 oktyabr 2023Xocalıdan meh əsdi.
Məlhəm oldu yarama.
Sərsəngim su çilədi,
Yanan arzularıma.Müqəddəs ruhunuzun
Önündə baş əyirəm
.Bu şair ürəyimi,
Sizə gurban deyirəm.Qaytardınız Vətənə,
Bu millətin köçünü.
Göstərdiniz dünyaya
Ulu Türkün gücünü. -
21NoyDigər Bizə yazırlar üçün şərhlər bağlıdır
Vətənimiz gözəldir
Müasir tariximizə qızıl hərflərlə yazılan hadisələr çoxdur. Bunlardan biri də 15 oktyabr–Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırmasıdır. Həmin gün hər yerdə olduğu kimi məktəbimizdə və ailəmizdə də bayram kimi qeyd olundu.
İndi rayonumuzda məskunlaşan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Biz məktəblilər Qarabağın o dilbər guşələrini əyani surətdə görməsək də, televiziya verilişlərindən tanışıq. Vətənimiz çox gözəldir, indi bu füsunkar yerlər azaddır! Bu hisslər çox qürurvericidir. Biz bu yolda canlarını qurban verən şəhidlərimizi heç zaman unutmayacağıq.Hüseyn İSAYEV,
şəhər 3 saylı
orta məktəbin şagirdi -
13NoyDigər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev: “Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı” üçün şərhlər bağlıdır
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, ikinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı.
Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.
Cənab prezident çıxışında vurğulayıb ki, “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Daha ətraflı »
-
13NoyDigər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxış edib.
Cənab prezident çıxışında bildirib ki, ötən il Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişdir. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Daha ətraflı »
Yeni ismarıclar