Biz ailəlikcə sevimli Prezidentimizə səs verəcəyik
2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
2023 bizim üçün həm də ona görə qiymətlidir ki, dünya siya-sətçilərinin birincisi Heydər Əliyev ilidir. Mən özümü xoş-bəxt sanıram ki, Ulu Öndərin rəhbərlik etdiyi ölkədə oxuyub işləmişəm. O dahi insan gənclərin oxuması üçün çox gözəl şərait yatarmışdı. Mən özüm gündüz işləyərək, texnikumun axşam şöbəsində oxumuşam. Sonra Gəncə Dövlət Universi-tetini bitirmişəm. 40 il Tərtər şəhər 1 saylı tam orta məktəbində müəllim işləmişəm. Dərs dediyim müddətdə çalışmışam ki, uşaqlara bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyümələrinə kömək edim. Daha ətraflı »
Yeni ismarıclar