Hər kəs öz yolunu seçib uğur qazana bilər
İnsan həyatı həmişə hamar olmur. Xüsusən qadınlar çox sınağa çəkilirlər. Yalnız səbrli, dözümlü, ən əsası isə, zəhmətkeş insanlar uğur qazanıb həyatlarını davam etdirirlər. Onlardan biri də rayonumuzun Soyulan kəndinin sakini, hazırda sahibkar kimi fəaliyyət göstərən Əskinaz Məmmədovadır.
Onun həyatı dəfələrlə kökündən dəyişib. Hər şeyin bitdiyini düşündüyü halda, yeni-dən uzaqda bir işıq görüb, bu işıqdan güc alıb və məqsədinə doğru addımlayıb.
1961-ci ildə Soyulan kəndində doğulan Əskinaz əmək fəaliyyətinə pambıqçı kimi başlayıb. Kənd Təsərrüfatı Texnikumunu, İqtisad Universitetini bitirib. Uzun müddət o zamankı Soyulan kənd Sovetində katib, sonra isə icra nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb.
Səhhətində yaranmış problemlərdən, keçirdiyi əməliyyatlardan sonra bəlkə çoxları həyatdan əlini üzərdi. Ancaq Əskinaz xanım bunlardan da qalib çıxdı. Səhhətini də bərpa elədi, övlad, nəvə sahibi də oldu. Sahibkarlıqla məşğul olmağa başladı. Arı saxladı. Bu barədə o, belə deyir:
– Arılar mənim yaşam səbəbim oldu. Onları artırıb 150 pətək etdim. Erməni qəsbkarlarının rayonumuza qadağan olunmuş bombalar atması nəticəsində, havanın çirklənməsindən arılarım da zəhərlənib məhv oldu. Bu zərbə çox ağır idi və mən yenidən xəstələndim. Daha ətraflı »
Yeni ismarıclar