Cinayət cəzasız qalmamalıdır
Rayonumuzun bir sıra idarə, müəssisə və məktəblərində olduğu kimi Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində də Xocalı faciəsi ilə bağlı tədbir keçirildi.
Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi.
Aparıcılar–məktəbin VIII sinif şagirdləri Pərişan Həsənzadə və Aytac Muradlı Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Tarix müəllimi Kifayət Kərimova o müdhiş gecədə erməni daşnaqları və onların havadarlarının Xocalıda dinc, əliyalın, köməksiz insanların başına gətirdikləri faciədən bəhs etdi.
Rayon təhsil şöbəsində metokabinetin direktoru İntiqam Nuruyev də Xocalıların başına gətirilən müsi- bətlərdən bəhs etdi. Daha ətraflı »
Yeni ismarıclar