Uşaqların ruhi və fiziki sağlamlığını qoruyaq!
Bu günlərdə şəhər 5 saylı tam orta məktəbdə Tərtər Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun təşkilatçılığı, polis əməkdaşlarının, rayon mərkəzi xəstəxanasının psixoloqunun, məktəbin şagird və müəllim kollektivinin, valideynlərin iştirakı ilə narkomaniya və erkən nikahla mübarizə mövzusuna həsr olunmuş tədbir hər kəsin fəallığı şəraitində keçdi. Xüsusən də valideynlərin çoxluğu məktəbdə həmin mövzular ətrafında ciddi düşünməyin aktuallığından xəbər verirdi.
Həm məruzədə, həm də çıxışlarda qeyd olundu ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Əlbəttə, heç kim bilə-bilə ömrünü qısaltmaq istəməz. Halbuki erkən yaşlarından narkotik aludəçisi olan şəxslərin ömrü 35-40 yaş arası təşkil edir.
Bəs, uşaqlar, yeniyetmələr bu yola niyə qədəm qoyurlar? Polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, psixoloq Hətəm Nuruzadə narkotikdən qorunmağın ən optimal yolları barədə şagirdləri maarifləndirməklə yanaşı, həm də valideynlərə mesaj verdilər. Araşdırmalar göstərir ki, narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda övladlarına lazımi qədər diqqət, qayğı, sevgi göstərməyən ana-atalardır. Daha ətraflı »
Yeni ismarıclar