Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Okt
    Digər Dənizim, gəl dərdləşək! üçün şərhlər bağlıdır

     

    (Esse)

    Hüzuruna gedib rahatlıq tapacağımız nazlı, cilvəli, uzaqdan hüzur dolu görünüb, yaxınlaşdıqca isə çox təhlükəli bir ümmandır dəniz.
    Əgər dənizi sevir, onun bütün şıltaqlıqlarını, qorxu və həyəcanlarını, dəniz macəralarını sevgi ilə qəbul edirsinizsə, onda dəniz heç də qorxulu gəlmir insana.
    Dəniz də, yaşıllıqlar da, təbiətin bütün gözəllikləri də Yaradanın bizə payıdır.
    Artıq yay fəslini bitirib, payız fəslinə qədəm qoymuşuq. Nə olsun ki, payızdır deyə, dənizi unuduruqmu? Əlbəttə, yox.
    Bəstəkarımız Emin Sabitoğlunun bəstələdiyi bir mahnıdan misra yadıma düşdü:
    Payız gəldi, qərib oldu bu dəniz. Daha ətraflı »

  • 17Okt
    Səhiyyə PSİXOLOQ MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır

    Hər bir problemin həlli zamanla tapılır

    Həyat başlar və bitər. Onun necə başlayıb, harada sona çatdığı əsas deyil. Əsas odur ki, həyatda cinayətdən və cinayətkardan uzaq olasan. Müasir dövrün insanları problemlə qarşılaşdıqca, bütün həll yollarının tükəndiyini hiss etdikdə cinayəti yeganə çıxış yolu kimi görür. Cinayət etmək istəyənlərin əksəriyyəti əslində sonu fikirləşmirlər. Onlar həyatda öz ümidlərini itirir, hər şeyə ümidsiz yanaşırlar. Bu zaman qara dalğalar ruhu bürüyür və həyat, ümidlər bütün mənasını itirir. İnsanın ümdini itirməsilə qorxu hissi yox olur və bu cür insanların psixologiyasında pozğunluqlar əmələ gəlir. Bu cür insanlara psixoanomaliyalı şəxs deyilir.Onlar elə bilir ki, dolaşıq bir düyünə düşüb və oradan çıxa bilmir.
    Cinayət etmək istəyənlərin əksəriyyəti əslində anlaqlı vəziyyətdə olmur. Son onilliklərdə dünyada baş verən qlobal hadisələr səbəbindən insanın psixi Daha ətraflı »

  • 17Okt
    Digər 20 oktyabr Zəngilan şəhəri günüdür üçün şərhlər bağlıdır

    XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub.

    1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

    Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

    Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Daha ətraflı »

  • 17Okt
    Digər 17 oktyabr Füzuli şəhəri günüdür üçün şərhlər bağlıdır

    Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

    İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur.

    Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

    Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Daha ətraflı »

  • 15Okt
    Digər Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Həmin tarixdə Xankəndi şəhərində söylədiyi nitqində dövlət başçısı deyib: “Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir”.

    Prezident bildirib ki, hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq.

    Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.

    Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə Daha ətraflı »

  • 15Okt
    Xəbərlər Rusiya-Azərbaycan münasibətləri gələcəkdə ardıcıl inkişaf edəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

    Diqqətə çatdırılıb ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

    Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Daha ətraflı »

  • 07Okt
    Xəbərlər Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb üçün şərhlər bağlıdır

    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb.

    Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb.

    İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində  ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

    Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçiriləcək.

    Düşərgədə Azərbaycan Xarici Dillər Universitetinin 48 gənci birincilik uğrunda mübarizə aparacaq.

     

  • 07Okt
    Xəbərlər Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları ilə  birlikdə 44 günlük Vətən müharibəsində Tərtər  rayonuna dəymiş ziyanla tanış olublar.

    Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun infrasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində yaşayış evləri, sosial obyektlər, o cümlədən 12  körpələr evi-uşaq bağçasına, 16  ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə güclü ziyan dəyib. Daha ətraflı »

  • 07Okt
    Digər Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxış edib. Prezident deyib ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.

    Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur.

    Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır.

    Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

    Dövlət başçısı bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Daha ətraflı »

  • 03Okt
    Xəbərlər 4 oktyabr Cəbrayıl şəhəri günüdür üçün şərhlər bağlıdır

    Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.

    İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

    Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Daha ətraflı »