Qış aylarında immunitetin zəifləməsinin qarşısını necə almalı
Qış aylarında günlərin qısalması, günəşli günlərin sayının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Odur ki, qışda süfrələrimizin orqanizm üçün xeyirli olan ərzaqlarla daha zəngin olmasına fikir vermək lazımdır.
Həkimlərin söylədiyinə görə, soyuq qış aylarında immuniteti möhkəmləndirmək üçün rasiona dənli bitkilərdən bişirilən müxtəlif sıyıqları daxil etmək lazımdır. Həmçinin qışda sitrus meyvələrindən istifadə etmək lazımdır. Bu meyvələrin tərkibində olan C vitamini virus infeksiyalarına qarşı müqaviməti artırır.
İmmuniteti artıran ən yaxşı qida növlərindən biri də balıqdır. Qışda balıq süfrədən əskik olmamalıdır.
Soyuq, şaxtalı havalarda D vitamininin qəbulu azalır. Ancaq havanın günəşli olmasından istifadə edib gəzintiyə çıxmaq da vacibdir. Bu zaman orqanizm üçün çox vacib olan D vitamininin azalmasının qarşısı alınar.
Qışın ləzzəti itburnu, nanəli və limonlu çayların qəbul edilməsindədir. Bu, soyuq havada bədənin temperaturunu aşağı düşməyə qoymur. Daha ətraflı »
Yeni ismarıclar