Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek
    Şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibətilə üçün şərhlər bağlıdır

    NƏSİLLƏRƏ NÜMUNƏ

    Kim bu cənnət vətə-nin uğrunda olmaz ki fəda?
    Şühəda fışqıracaq torpağı sıxsan şühəda!

    Mehmet Akif Ərsoy

    Biz qəhrəmanlıq tariximizi kitablardan oxumuşduq. Günlərin bir günü bu tarixi özümüzün yazacağımızı bilməzdik. Tarix yazan oğullarla eyni məkanda yaşayacağımızı ağlımıza belə gətirməzdik.
    Elə ki, dağların başında tonqal alovlandı, demək, Vətən dardadır. Vətən çağırır, Vətən bizə oğul deyir.
    Mənim yaşadığım rayon cəbhə xəttində yerləşirdi. Demək olar ki, Tərtər 30 ildən çox müddətdə topun ağzında yaşadı. Tərtərdə hər kəs müharibə iştirakçısıdır. Çünki biz müharibəni yaşamışıq… müharibəni görmüşük. Son 44 günlük İkinci Qarabağ savaşında Tərtərə “İkinci Stalinqrad” deyirdilər.
    Atam bizi uşaqlıqdan vətənpərvər böyüdüb. Mənim və qardaşımın kitabla ilk tanışlığımız Cavanşir Məmmədovun müəllifi olduğu “Tərtər şəhidləri” kitabı olmuşdur. Mən Tərtərin qəhrəmanları haqqında məlumatları tək kitablardan öyrənməmişəm, atamın xatirələrindən dinləmişəm, o xatirələrlə böyümüşəm. Atam hər zaman o xatirələri necə danışırdısa, sanki mən də özümü orada olduğum kimi hiss etmişəm. Atamın müharibə haqqında, keçdiyi döyüş yolu haqqında uzun-uzun danışması üçün ona bir sual verməyimiz bəs edirdi hər zaman.
    Mən bu yazını Azərbaycanın Milli Qəhrəmanı, uşaqlıqdan həmişə haqqında atamın xatirələrini dinləyərək böyüdüyüm əfsanəvi Qəhrəman Vəzir Orucov haqqında yazıram.
    Vəzir Orucov 26 dekar 1956- ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Qarabağ müharibəsi başlayanda, o, Rusiyanın Arxangelsk vilayətində yaşayırdı.
    1992-ci ildə Vətənə qayıdır və Tərtər Özünümüdafiə Batalyonuna qatılır. O, Həsənqaya, Göyarx, Madagiz (Suqovuşan), Akop Kamari, Sərsəng Su Anbarı, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
    Atam Vəzir Orucovun doyüş yoldaşı, onun qəhrəmanlıqlarının şahidi olub. Ona görə də ondan – Qarabağ müharibəsi iştirakçısı, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibovdan müsahibə aldım:
    – Ata, mən Vəzir Orucovdan yazıram. Bu ad sənə nə deyir?
    – Qəhrəmanlıq! Cəsurluq!
    –Onunla çiyin-çiyinə vuruşmusan, videoda görmüşəm, döyüşçü kimi necə idi?
    – Kaş ki, mənim kimi 50 döyüşçü həlak olardı, Vəzir sağ qalardı. Yüzlərlə erməni öldürüb, yüzlərlə adamı xilas edib. Səkkiz əməliyyat keçirdik, 24 gün döyüşdük, heç 20 şəhidimiz olmadı. Çardaxlı, Ayı heykəli, Drambom, Levonarx, Alışan meşəsi və onlarla ərazidə birlikdə döyüşdük. Vəzir Orucov təkbaşına kəşfiyyata gedər, düşmən mövqelərini dəqiqləşdirərdi, əsgərlərini güdaza veməzdi. Bir dəfə Vəzirə dedim ki, biz bunları qırırıq, onlar da bizimkiləri şəhid edirlər. Ölən düşmənlərin yerinə Xankəndidən yenə ermənilər gələcəklər. Dedi ki, narahat olma, onları da məhv edəcəyik. Uzaqgörənliklə deyilmiş fikir… Daha ətraflı »

  • 10Dek
    Digər Vətənə bağlı gənclər böyüyür üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyi haqqında deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Bu sadəcə Orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq– budur, vətənpərvərlik”
    Son illərdə Azərbaycanda çox vətənpərvər, milli şüura bağlı, minlərlə gənc yetişir. O gənclər ki, Vətən müharibəsində qanları-canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Bu amal uğrunda müxtəlif fikirli insanlar, hərbçilər, mülki vətəndaşlar yaşından asılı olmayaraq vətən naminə birləşdilər. Vətənpərvərlik ruhunun ən bariz nümunəsi tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi oldu. Azərbaycan gənclərinin necə vətənpərvər olduğunu, millətimizi, dövlətini, dövlətçilik ənənələrini necə sevdiyini, dövlət və xalq birliyini bütün dünya gördü. Vətən uğrunda döyüşmək, vətəni qorumaq, sevmək bizim ən böyük vəzifələrimizdən biridir. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahıdır. Hər şeydən pay olar, amma vətəndən pay olmaz.
    Bu gün doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəman oğullarımızın göstərdiyi rəşadət nümunələri yetişməkdə olan gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir. Azərbaycanın hər bir bölgəsində vətənpərvər gənclərimiz yetişir. Tərtər rayonunda da gənclərin vətənpərvər ruhda böyüməsi üçün məktəblərdə, müəyyən təhsil ocaqlarında işlər aparılır. Məktəblərə, küçələrə şəhid adları verilir və onlar haqqında məlumat toplamaq şagirdlərə tapşırılır. Və bunun nəticəsində şagirdlər onları özlərinə bir nümunə olaraq götürürlər. Şəhidlərimizin anım günlərində onların ailələri ziyarət olunur, keçdikləri şərəfli yolla şagirdlər tanış olurlar. Döyüşən gənclərimiz bəzi məktəblərimizdə işlə təmin olunub. Onlar da öz növbəsində bu hissi şagirdlərə aşılayırlar. Demək olar ki, rayonumuzda hər bir ailədə qazi, şəhid, veteran var.
    Çox sevindirici haldır ki, bu gün ölkəmizdə torpağa, vətənə, bayrağa bağlı gənc nəsil yetişir.

    İlahə PAŞAZADƏ

     

  • 10Dek
    Qazilərimiz 3 Dekabr Beynəlxalq Əlillər Günü idi üçün şərhlər bağlıdır

    Komadan ayıldığı gün Qələbə xəbərini eşitdi

    Sağlamlığını Vətən yolunda qurban verən daha bir torpaq fədaisi qonağımızdır – “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuş II qrup Vətən müharibəsi əlili Rəşad Məmişov. Söhbət edirik, xatırlanası çox şeylər var və hiss olunur ki, yaşadığı ağrı-acıların içərisində Rəşad sağlam ruhunu, Vətən, torpaq sevgisini qoruyub saxlaya bilib.
    O deyir:
    – Bizim nəsildən olan gənclərin qarşısında həmişə bir vəzifə dayanıb: Ana Vətənimizi darda qoymamaq, işğal altında olan torpaqlarımızı azad etmək 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə çağırılanda, məhz bu amalla yaşamışam. Xidmətim çox uğurlu keçdi. Həmin illərdə şahidi oldum ki, mən yaşda olan gənclərin hamısının arzusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulmaqdır.
    Lakin hər bir arzunun reallaşması müəyyən zaman tələb edir. Belə bir zaman 2020-ci ilin payızında yetişdi. Həmin vaxt artıq 10 ilə yaxın idi ki, Rəşad müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusu sıralarında xidmət edirdi. Bu müddət ərzində müxtəlif kurslarda hərbi bilik və vərdişlərini təkmilləşdirən pəhləvan cüssəli bu oğlan əvvəl kəşfiyyat manqa komandiri, sonra top komandiri kimi fəaliyyət göstərib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Bu barədə Rəşad deyir:
    – Aprel döyüşlərinə qatılanda, sevincimizin həddi-hüdudu yox idi. Sanırdıq ki, məqam yetişib. Ermənilərdən intiqamımızı alacağıq. Lakin sona qədər gedə bilmədik. Buna baxmayaraq, Aprel döyüşləri Ordumuzun, o cümlədən hər bir əsgər və zabitin döyüş ruhunu nümayiş etdirdi. Nəhayət, uzun hazırlıqlardan sonra 44 günlük Vətən müharibəsi başladı…
    Rəşad bu döyüşlərə artilleriya divizionunun tərkibində qatıldı. Topçuların komandiri idi. 6 heyət üzvü ilə ermənilərin üzərinə hücuma keçdilər. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Bu günlərdə Energetika naziri Pərviz Şahbazov Tərtər şəhərində vətəndaşları qəbul edib.
    Qəbuldan öncə nazir Pərviz Şahbazov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
    Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xəttinin çəkilişi, enerji verilişinin dayandırılması, qurğu və avadanlıqların istismar vəziyyəti, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbulda Bakı və Mingəçevir şəhərləri, Ucar, Ağcabədi və Bərdə rayonlarından olan 10 vətəndaş iştirak edib.

     

  • 10Dek
    Xəbərlər Beynəlxalq Əlillər Günü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə “dəyirmi masa“ keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının təmsilçiləri, Qarabağ müharibəsi qaziləri, rayonda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin sədr və üzvləri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
    Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov tədbiri açaraq, əlilləri bayram münasibəti ilə təbrik edib, onlara uzun ömür və cansağlığı, arzularına qovuşmaq üçün möhkəm iradə, dözüm, dəyanət arzulayıb. Bildirib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətinin onların problemlərinə yönələndirilməsidir.
    Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
    Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Daha ətraflı »

  • 10Dek
    Digər Cənnət anaların ayaqları altındadır üçün şərhlər bağlıdır

    Hazırda qadınlara qarşı zorakılıq geniş yayılmış insan hüquqları pozuntusu olaraq qalır.
    Dünyada hər 3 qadından 1-i 15 yaşından bəri ən azı bir dəfə məişət zorakılığı və ya cinsi zorakılıqla üzləşir.
    Bu cür hallar nəyə görə artır və qızlarımızı, analarımızı, bacılarımızı qarşılaşdıqları faciələrdən niyə qoruya bilmirk?
    Düşünürük ki, əsas səbəblərdən biri müasir dövrümüzə ailə qurulmasına münasibətin bir qədər dəyişməsidir.
    Yəni hazırda bir çox gənclər tələm-tələsik evləndikləri kimi, elə bu cür də boşanırlar. Rayonumuzda son illər boşanmaların sayının artması olduqca narahatedicidir. Ona görə ki, hər boşanan cütlk yalnız öz taleyinə deyil, dünyaya gətirdikləri övladların da həyatına cavabdehdir. Yarımçıq ailələrdə böyüyən uşaqlar əksər hallarda gələcəkdə üzləşdikləri problemlərin həllində aciz qalırlar.
    Müqəddəs kitabımızda deyilib: “Cənnət anaların ayaqları altndadır”. Gəlin bu sözləri unutmayaq!

    “Yeni Tərtər”

  • 10Dek
    Digər “Qadınlara qarşı zorakılığa son deyək!” üçün şərhlər bağlıdır

    QADINLARA QARŞI ZORAKILIQDAN BÜTÜN CƏMİYYƏT ƏZİYYƏT ÇƏKİR

    Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Tərtər Qadın Resurs Mərkəzi və rayon Mədəniyyət Mərkəzi birlikdə ”Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Qadınlara qarşı zorakılığa son deyək!” mövzusunda “dəyirmi masa” kecirib.
    Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdir.
    Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Pərişan Orucova, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Tərtər Qadın Resurs Mərkəzinin rəhbəri Qumru Şəmilova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, mədəniyyət işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
    Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və “Qadın Zorakılığına Qarşı Mübarizə Günü”nün tarixi barədə danışıb. Qeyd edib ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi də təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
    Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ və narıncı lentdir.
    BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Qayğı üçün şərhlər bağlıdır

    Şəhid Fiqan Həmidovun ailəsi ziyarət olunub

    44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Doğma Qarabağ torpaqlarına Böyük Qayıdış başlayıb. Keçmiş məcburu köçkünlər dədə-baba yurdlarına dönürlər.
    Bu böyük uğurun, sevincin içində bir təşəkkür, sonsuz minnətdarlıq hissi var: Zəfəri bizlərə qazandıran Müzəffər Ali Baş Komandanımıza, Ordumuza, Qarabağ uğrunda qan tökən, canından keçən şəhidlərimizə və qazilərimizə.
    Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da şəhid ailələri, qazilər və müharibə veteranları rayon rəbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.
    Rayon rəhbəri, ictimaiyyət nümayəndələri müntəzəm olaraq belə ailələrin qonağı olur, qayğıları ilə maraqlanırlar. Şəhid valideynləri, doğmaları görürlər ki, zaman keçdikcə, onların övladları unudulmur, xalqın yaddaşında əbədi yaşayırlar.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin baçşısı Müstəqim Məmmədov, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədov Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fiqan Zahid oğlunun ailəsini ziyarət ediblər.
    Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyevin hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib. Daha ətraflı »

  • 10Dek
    Digər Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi mövzusunda “dəyirmi masa” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin icrası ilə bağlı olaraq “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi-nin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxışında mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin müsbət nəticə göstərdiyini bildirib.
    Daha sonra mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs edilib.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 10Dek
    Ədəbiyyat SATİRİK HEKAYƏ üçün şərhlər bağlıdır

    MƏKTƏB BUFETİNDƏ

    Çiçək nənə səhər-səhər bufetə daxil olub, ətrafa göz gəzdirdi. İnsafən, hər yan səliqəli idi. Yorğun olsa da, evə gedəndə buraları silib-süpürmüşdü. Dərindən “ah” çəkib, divardan asılmış yağlı döşdüyünü götürdü və taxdı sinəsinə. Döşdüyün yanındakı ağappaq qar kimi xələtə və üçkünc yaylığa gözucu baxıb düşündü: “Kaş bu gün yoxlama-filan gəlməsin. Nə bişirdiyim yağlı kökələri sata bilirəm, nə də evə pul aparıram. Belə də iş olar?”
    Sonra Çiçək nənə evdə hazırladığı bir ləyən yağlı kökəni çıxarıb qoydu piştaxtanın üstünə. Müxtəlif şirələrin, suların, peçenyelərin tozunu silib, yenə də öz-özünə götür-qoy eləməyə başladı: “Keçən dəfə bir uşaq bu sudan zəhərlənəndə yaman qorxdum. Dedim, yenə yoxlamalar gəlib buranı ələk-vələk edəcək, nə bilim, istehsal tarixini, keyfiyyətini, harada hazırlanmasını yoxlayacaqlar. Şükür, valideyn insaflı oldu, şikayət eləmədi. Bir də ki, axı mən neyləməliyəm. Zəhmət çəkib uşaqlarına su qoysunlar də.
    Elə bu vaxt dərsin bitməsini bildirən zəng çalındı. Bircə dəqiqə keçməmiş bufetin qapıları şaqqıltı ilə açıldı və ətrafı “Çiçək nənə, Çiçək nənə!” səsləri bürüdü. Bufetçi qadın sanki bu səsləri eşitmirdi. Onun gözləri də, fikri də güc-bəla ilə özlərini piştaxtanın qarşısına çatdıran uşaqların əllərindəki puldaydı. Qəpikləri alıb, kiminə kökə, kiminə isə uşaqların dili ilə desək, “şirniquşu” verirdi. Arxada isə uşaqlar tıxacdan tərpənə bilmirdilər. Aşağı sinif şagirdlərindən bəzilərinin ayaqları göydə qalmışdı. Gözlərindən yaş axırdı, amma kim idi onlara fikir verən? Zəng vurulmamış hamı Çiçək nənədən nəsə bir şey almaq, evdən gətirdikləri qəpikləri xərcləmək istəyirdi.
    Zəng çalındı. Şagirdlər sanki bir əmrlə geri döndülər və bir-birindən aralandılar. Bayaqdan ayaqları göydə qalan balacalar şaqqıltı ilə yerə dəydilər. Çiçək nənə yalnız indi onları gördü. Yaxınlaşıb qaldırdı və yağlı əlləri ilə gözlərinin yaşını sildi.
    Ətrafa sakitlik çökdü. Bufetçi qadın ayaqlarının dincini almaq üçün oturdu və dərindən fikrə getdi: “Bizim vaxtımızda belə deyildi. Tək-tük adamlar məktəbə gedən uşağına pul verirdi. Bufetin pəncərəsinin qarşısında bir-iki uşaq olardı, onlar da, ya bir kökə, ya da peçenyə alardılar. Qalanlarına isə analar evdən bir balaca pay qoyardılar. Bəs, görəsən indiki analar niyə belə deyillər?” Xəyalında canlandırdığı səhnədən özü də qorxdu: “Yaxşı ki, belə deyillər. Bəs, onda mən bu qədər pulu necə qazanardım?” Daha ətraflı »