Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ulu Öndərin anım günü münasibəti ilə “dəyirmi masa “ keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri, təhsil, səhiyyə işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başlayıb. O, Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Ulu Öndərin 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirib.
YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək , bildirib ki, Heydər Əliyev 1982-ci ilin noyabrında dünyanın iki supergücündən birinin – SRRİ-nin rəhbərliyinə yüksəlib, həm SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib, həm də Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. Daha ətraflı »
-
17DekDigər QÜRURLA ANILIB üçün şərhlər bağlıdır
-
17DekDigər MÜASİR AZƏRBAYCAN ULU ÖNDƏRİN ARZU VƏ İSTƏKLƏRİNİN REALLIĞA ÇEVRİLMƏSİNİN PARLAQ NÜMUNƏSİDİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mədəniyyət Mərkəzinin təçkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 12 dekabr-Ulu Öndərin anım gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Mərkəzində büstünü ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Ümummilli Liderin həyat və fəliyyətini əks etdirən eksponatlarla tanış olub, kitab sərgisinə baxıblar.
Ekskursiyadan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşıblar. Öncə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Qeyd olunub ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb. Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə daim dərin hisslərlə bağlı olduğu vətəni Azərbaycanın, özünə dayaq bildiyi xalqının gələcəyi və rifahı naminə çalışıb. Onun siyasi fəaliyyətinin ən mühüm məqamlarından biri, Sovet İttifaqı dövründə yüksək vəzifələrdə olmasına baxmayaraq, Azərbaycan xalqının milli maraqlarını, tarixini və adət-ənənələrini qorumaq məqsədilə göstərdiyi mübarizə olub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi-nin birinci katibi vəzifəsində fəaliyyəti zamanı Heydər Əliyev ölkəmizin inkişaf tarixində yeni bir dövr başladıb və məhz onun rəhbərliyi ilə baycanın sosial-iqtisadi inkişafında müsbət dəyişikliklər olub, bütün bölgələrdə, o cümlədən Naxçıvanda böyük infrastruktur layihələri həyata keçirilib. Daha ətraflı » -
17DekXəbərlər EHSAN SÜFRƏSİ AÇILIB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, ziyalılar, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, və rayon sakinləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışıb. Qeyd olunub ki, yalnız yüksək amallara sadiq, möhkəm əqidəli, dəmir iradəli insanlar böyük şəxsiyyət kimi tarixin yaddaşında əbədiləşmək hüququ qazanırlar. Ulu Öndər də belə əbədiyaşarlardan biridir. O, müstəqil Azərbaycanın qurucusu, yaradıcısı və dünya şöhrətli liderdir.
Heydər Əliyev şanlı adını təkcə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazmadı. O, iki əsrin, iki minilliyin qovşağında cərəyan edən qlobal beynəlxalq proseslərə bu və ya digər mənada sirayət etmək qüdrətinə malik nadir şəxsiyyətlərdən biri kimi böyük nüfuz və sönməz şöhrət qazandı. Həyat və fəaliyyəti müasirləri tərəfindən layiqincə qiymətləndirilsə də, onun müqayisəyəgəlməz danılmaz xidmətlərinin, xüsusən azərbaycançılıq amalları uğrunda mübarizliyinin əsil mahiyyəti bir çox yüzilliklər sonra daha dərindən dərk olunacaq. Daha ətraflı » -
17Dekİdman İdmançılarımız savat idman növü üzrə ölkə birinciliyində uğur qazanıblar üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə savat idman növü üzrə ölkə birinciliyində yer qazanmış idmançıları qəbul edib.
Görüşdə Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov, ölkə birinciliyində yer qazanmış idmançılar və onların valideynləri iştirak ediblər.
Əməkdar məşqçi, idman ustası Ruhi Hüseynov əvvəlcə idmançıların iştirak etdiyi birinciliklər barədə məlumat verib. Qeyd edib ki, ölkə birinciliyində yetirmələrindən 6 nəfəri-Röyal Həsənli, Elman Ələkbərli, İbrahim Həsənzadə, Məhəmməd Mahmudov, Qədir Bərxudarlı, Üzeyir Abbaslı 1-ci, 8 nəfəri-Yusif Kərimli, Nadir Bayramov, Rövşən Süleymanlı, Tapdıq Quliyev, Şamxal Abuzərli, Sübhan Aslanzadə, Kənan Babayev, Çingiz Həsənli 2-ci, 6 nəfər– Cəmil Əliyev, Miryusif Kərimli, Elbrus Muradlı, Tunar Cəfərli, Abbas Abbaslı, İsa Əliyev isə 3-cü yeri tutub.
Rayon rəhbəri idmançıları qazandıqları qələbə münasibətilə təbrik edib, onlara yeni uğurlar arzulayıb, respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıb, bu qayğıdan ruhlanan idmançıların əldə etdiyi uğurları dilə gətirib.
Tədbirdə rayon rəhbəri idmançılara respublika birinciliyində qazandıqları diplom və medalları təqdim edib. -
17DekŞəhidlər Cəsur polis işçisi üçün şərhlər bağlıdır
Azər Məmmədov adına Dərmirçilər kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Dəmirçilər kəndinin girişində şəhid polis mayoru Vahid Tağıyevin xatirə lövhəsinin qarşısında açılış tədbiri keçirilib. Tədbiri giriş sözü ilə məktəbin veteran müəllimi, Vahid Tağıyevin müəllimi olmuş Oktay Məmmədov açıb. Qeyd edilib ki, Vahid Tağıyev cəsarətli, qorxmaz bir polis zabiti olmuşdur. Erməni işğalçılarının Vətənimizə qarşı torpaq iddiaları başlayanda, Vahid Tağıyev Rusiyanın Murmansk vilayətində yüksək rütbəli və vəzifəli şəxs kimi fəaliyyət göstərirdi. Lakin Vətənə məhəbbət və bağlılıq onu doğma yurduna qayıtmağa vadar etdi. Bir neçə il polis orqanlarında yüksək vəzifələrdə çalışdı. Nəhayət, doğma Tərtər rayonunun polis şöbəsinə təyinat aldı. Cəsur döyüşçü Vahid Tağıyev 1994-cü ildə aprelin 15-də Çaylı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ölkə rəhbərliyinin göstərişi ilə onu 2 saylı Şəhidlər Xiyabanında dəfn etdilər. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tədbirdə Oktay müəllim şəhidlə bağlı bir xatirəsini də danışdı.
–Mən Vahid Tağıyevin müəllimi olmuşam. Tərtər rayon Polis Şöbəsində işləyəndə, anası Bəsti xala mənə dedi ki, uzun müddət Vahidin həsrətini çəkmişəm. İndi rayonda işləyir. Səni eşidər, ona de ki, heç olmasa iki gündən bir axşamlar evə gəlsin, onu bağrıma basım, sevinim. Mən səhərisi gün Vahid müəllimin otağına gəldim. Gördüm ki, otaqda çarpayı qoyub yatıb. Dedim, Bəsti xala sənə həsrətdir. Axşamlar evə gəl. Mənə dedi ki, müəllim, sən mənə məktəbdə dərs demisən. İndi Vətən dardadır, gedə bilmirəm. Bu, başqa dərsdir, həyat dərsidir, müəllim.
Tədbirdə müəllimlər və kənd sakinləri Vahid Tağıyev haqqında xatirələrini danışdılar. Sonda tədbir iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə şəhidlərimizi böyük ehtiramla yad etdilər. Vahid Tağıyevin 3 övladı var. Oğlu Ramil atasının yolunu davam etdirib. Hal-hazırda polis polkovnikidir. Bakı Baş Polis İdarəsində rəis müavini işləyir.Oktay Məmmədov,
veteran müəllim -
17DekXəbərlər Ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bərdə-Ağdam magistral avtomobil yolunun Köçərli kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud olan ağaclar və yeni əkilmiş 110 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib. -
17DekMilli-mənəvi dəyərlər Dünya Azərbaycanlıları hər yerdə Vətənimizi təmsil edirlər üçün şərhlər bağlıdır
SANKT-PETERBURQDA YAŞAYAN TƏRTƏRLİ LEYLAMIZ
31 dekbar-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qəzetimizə material hazırlamaq istəyirdim. Xaricdə yaşayan həmyerlilərimizlə maraqlandım. Elə bu zaman sinif yoldaşım, hal-hazırda Tərtərdə yaşayan, şəhər 1 saylı tam orta məktəbin keçmiş tarix müəllimi Zita xanım mənə zəng vurdu. Nənələr nədən danışarlar? Əlbəttə ki, nəvələrin uğurlarından, xoş soraqlarından. Zita müəllim də bildirdi ki, bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq şəhərində olub və burada Azərbaycan milli-mədəni muxtariyyəti yanında Sankt-Peterburq Azərbaycan Gənclər Birliyinin üzvləri ilə gö-rüşüb. Həmin görüşdə Zita müəllimin nəvəsi Leyla Kərimova da iştirak edib və bu görüş onda zəngin təəssüratlar yaradıb. Mövzu axtarırdım, özü məni tapdı. Sinif yoldaşımdan xahiş etdim ki, nəvəsi mənə zəng vursun.
Aradan heç 5 dəqiqə keçməmiş, telefonuma zəng gəldi və mən Leyla xanımın Azərbaycan dilində şirin danışığını eşitdim.
Öyrəndim ki, onun hər iki valideyni tərtərlidir. Burada doğulub, boya-başa çatıblar. Azərbaycanda ali təhsil alıblar. Ailə qurandan sonra isə Sankt-Peterburqda yaşayırlar. Leyla xanım özü isə bu şəhərdə doğulub. Sankt-Peterburqda yaşamasına baxmayaraq, Azərbaycanda tez-tez olur, doğma dilini, adət və ənənələrini yaxşı bilir. Təkcə bilməklə, bunlara əməl etməklə kifayətlənmir. Azərbaycan haqqında əsl həqiqətlərin Rusiya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir.
Leyla xanımın dediklərindən:
–2012-ci ildə Azərbaycan rəqsləri ilə məşğul olarkən Azərbaycan diasporunun Sankt-Peterburqdakı fəaliyyəti haqqında məlumat aldım. Rəqs qrupunda iştirak etdiyim səkkiz il ərzində diaspora ilə sıx əməkdaşlıq etdik və həmişə bir-birimizi dəstəklədik. Mən 2022-ci ildə Azərbaycanın milli-mədəni muxtariyyəti yanında Sankt-Peterburq Azərbaycan Gənclər Birliyinin üzvü oldum. Bir sıra maraqlı layihələrin təşkilində və həyata keçirilməsində iştirak etmişəm. Bunların arasında Azərbaycan ənənələrinə həsr olunmuş çay mərasimi mənim üçün xüsusi yer tutur. Həmin tədbirə 150-dən çox iştirakçının cəlb olunmasını təmin etdik, hadisənin bütün hazırlığını və keçirilməsini əlaqələndirdik. Daha ətraflı » -
17DekXəbərlər Şagirdlər plastik istehlakının azaldılmasına dəstək olurlar üçün şərhlər bağlıdır
Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin rayonumuz üzrə 4 qalibindən biri Aslan Kərimov adına şəhər 3 saylı orta məktəbin ibtidai sinif müəllimi Nigar Sultanidir. Layihə “Green hands, green bags” daha yaxşı gələcək üçün” adlanır. 4 ay müddətində davam edəcək layihənin həyata keçirilməsində əsas məqsəd şagirdləri ekoloji sahədə maarifləndirmək, ətraf mühitlə bağlı məlumatlılıqlarını artırmaq, asudə vaxtlarını səmərəli keçirmək, həmçinin şagirdlər tərəfindən hazırlanacaq “eco bag”lar vasitəsilə birdəfəlik plastik istehlakının azaldılmasına dəstək olmaqdan ibarətdir.
Layihədə ibtidai siniflərdə təhsil alan 30 şagird seçilərək onlar üçün 1 ay müddətində həftədə 2 dəfə olmaqla tikiş kursu və boyama kursları keçiriləcək. Layihənin sonunadək hazırlanan 100 ədəd “eco bag” şagirdlər tərəfindən müəyyən olunmuş marketlərə paylanacaq. Bu fəaliyyət nəticəsində şagirdlər həm asudə vaxtlarını səmərəli keçirəcək, həm də yaşıl dünya naminə dayanıqlı inkişafın bir parçası olacaqlar.Əsmər YUSİFLİ
-
17DekDigər Qarşıdan Yeni, 2025-ci il – İlan ili gəlir üçün şərhlər bağlıdır
Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsində keçirmək lazımdır. Belə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Bizim ölkədə Yeni ili böyük bayram süfrəsi arxasında qarşılayırlar. Süfrədə müxtəlif cür təamlar olur. Adama elə gəlir ki, biz bu bayramı əsrlərdən bəri qeyd edirik, amma əslində Yeni ilin Azərbaycanda qeyd edilməyə başlaması SSRİ dövrlərinə təsadüf edir. İndi isə Azərbaycanda 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə. Məsləhətlərimiz yeni ili evdə qeyd etmək istəyənlər üçündür.
Yeni il süfrəsi necə olmalıdır?
Hansı rənglərin masaya hakim olacağına qərar verin və işə ilk olaraq süfrədən başlayın. Yeni ilin trend rəngləri tünd göy, mavi, gümüşü, göy rəngin çalarları, həmçinin qızılı rəngdir. Onların yanında daha açıq rənglərdən də istifadə edə bilərsiniz. Çalışın ki, süfrəniz zəngin və dəbdəbəli olsun. Daha sonra süfrədə verəcəyiniz yeməklərə uyğun olaraq qab-qacaq dəstini nəzərdən keçirin. Qablarınız, stəkanlarınız və çəngəl-bıçaqlarınız bir-biri ilə ahəng içində olmalıdır. Süfrədəki hakim tonlar bir-birini izləməlidir.
Yeni il süfrəsini bəzəmək üçün müxtəlif aksessuarlardan istifadə edə bilərsiniz. Bu, süfrənizin daha da mükəmməl görünməsinə şərait yaradacaq. Xüsusi gecələrdə olduğu kimi, bayram süfrəsində də şamlardan istifadə edə bilərsiniz… -
10DekDigər DEKABRIN 12-si ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR üçün şərhlər bağlıdır
NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, MƏN DƏ VARAM.
MƏN İSƏ AZƏRBAYCANDA ƏBƏDİ OLACAĞAM!Ulu Öndərin həyat amalı bugünkü qüdrətli, müstəqil Azərbaycan olub
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiHər bir xalq özünün inkişaf mərhələsində güclü bir liderin varlığına ehtiyac duyur. Bu baxımdan Azərbaycan xalqını xoşbəxt hesab etmək olar. Çünki Tanrının bizə bəxş etdiyi Ümummilli Lider Heydər Əliyev elə bir şəxsiyyət olub ki, özünün dediyi kimi, nə qədər ki, Azərbaycan var, o da var olacaqdır.
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin ideyalarının həyata keçirilməsinin şahidi olmayaq.
Heydər Əliyev irsinin öyrənilməsində, təbliğində və gələcək nəsillərə çatdırılmasında 2004-cü ildən analoqu olmayan ictimai qurum kimi fəaliyyət göstərən və bu il yaranmasının 20-ci ildönümü tamam olan Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir.
Bu il xalqımız Ümummilli Liderin anım gününü tamamilə fərqli bir ovqatda qeyd edir. “Heydər Əliyev ili“ kimi tarixə düşən 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bərpası, Qarabağın tamamilə erməni separatçılarından təmizlənməsi, bu il fevralın 7-də bütöv Azərbaycanda keçirilən prezident seçkiləri Ulu Öndər Hey-dər Əliyevin ideyalarının təntənəsidir.
Vətəb müharibəsindəki Qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış başlayıb. Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında bu ərazilərdə Cənubi Qafqaz regionunda ən abad, müasir şəhər və kəndlər tikilir, yollar çəkilir, infrastruktur bərpa olunur.
Eyni zamanda Ulu Öndərin vəsiyyətlərinə əməl edən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yerlərdə erməni vandalizmi nəticəsində darmadağın edilmiş mədəni irsimizin bərpası, alimlərimizin, mədəniyyət işçilərinin Qarabağa cəlb edilməsi istiqamətində böyük layihələr həyata keçirilir. Ulu Öndər deyirdi: “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siysətçilərin də böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.”
Xankəndidə Qarabağ Universitetinin açılması, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası, Şuşada “Xarı bülbül” festivallarının keçirilməsi və bu istiqamətdə görülən digər işlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ata vəsiyyətinə əməl edilməsinin bariz nümunəsidir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezidentimiz Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevirib. Bunu cari ilin noyabr ayında Azərbaycanda keçirilən COP29-un iştirakçıları da təsdiqlədilər. Azərbaycanın son illərdəki inkişafı, gözəlliyi qonaqları heyran etdi.
Azərbaycan xalqı Ümummilli Liderimizi dərin ehtiram və sevgi ilə anır.
Allah Ulu Öndərə rəhmət eləsin, Prezidentimizə isə möhkəm cansağlığı və xalqımızın xoşbəxtliyi naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.Svetlana BAĞIROVA
Yeni ismarıclar