Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan
    Xəbərlər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib üçün şərhlər bağlıdır

    İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
    Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan problemlərin həll olunması və vaxtında cavab verilməsi məsələlərinin daim nəzarətdə saxlanıldığını bildirib.
    Qeyd edilib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənilib və müvafiq olaraq aidiyyəti üzrə icraçılara göndərilib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunub. Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.
    İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların müraciətlərinə baxılması və icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan məsələlərin maksimum həllinə çalışmalıdır.
    Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 9 dekabr 2024-cü il tarixli, 191 nömrəli əmri ilə 2025-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər. Daha ətraflı »

  • 10Yan
    Təhsil 2025-ci il “Konstitusiya və Suverenlik ili”dir üçün şərhlər bağlıdır

    TARİX FƏNNİNİ SEVDİRƏN MÜƏLLİMLƏRİM VƏ HƏYAT ÖZÜ OLUB

    Müəllim əməyilə tanışlığım ötən əsrin 90-cı illərinin əvvəlində başlayıb. 1991-ci ildə hazırda 100-dən çox yaşı olan Tərtər şəhər 1 saylı orta məktəbinin birinci sinfinə getmişəm. İki addımlığımızda nankor qonşularımız vardı. Şəhərimiz və ətraf kəndlər daimi olaraq atəşə tutulurdu. Valideynlər uşaqları məktəbə gətirib geri qayıtmağa qorxurdular. Daimi olaraq başımızın üzərindəki təhlükədən heç kim sığortalanmamışdı. Ermənilərin atdıqları “Alazan” raketləri bizi evdə də, məktəbdə də tapa bilərdi və tapırdı da.
    Belə bir şəraitdə şagirdlərin titrək barmaqlarından tutub onlara ilk hərfləri öyrətmək, müəllim peşəkarlığı ilə yanaşı, böyük ürək, vətənpərvərlik, bəlkə kiməsə şişirdilmiş görünsə də, igidlik tələb edirdi. O, belə bir insan idi – bizim ilk müəllimimiz Roza Muxtarova.
    Sinfimiz təhlükəsiz adaydı, müəllimimiz isə qoruyucu mələk. Onun sakit, təmkinli səsi bizi addım-addım irəli aparır, gələcək uğurlarımıza yol açırdı. Yadımdadır, bir dəfə gündüz saatlarında düşmən tərəfindən atılan raket məktəbin yaxınlığında partlamışdı, hamı həyəcan içindəydi, biz isə sakitcə oturub valideynlərimizi gözləyirdik. Çünki müəllimimiz yanımızdaydı. Uşaq qəlbimizlə inanırdıq ki, raketlər bizi tapa bilməz.
    Birinci Qarabağ müharibəsinin ağır illərini birlikdə yaşadıq. Bu gün, çox illər keçəndən sonra, demək istəyirəm: ”Əziz müəllimim! Siz o çətin illərdə həyatımızın bir parçasına çevrildiniz. Hər bir şagirdiniz adından peşənizə olan sədaqətə, sevgiyə, yorulmazlığınıza görə dərin təşəkürümüzü bildirirəm”.
    Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”. Mən bu sözlərə layiq olan və təəssüf ki, çox tez həyatdan köçən tarix müəllimi Qələndər Quliyevi dərin hörmət hissi ilə xatırlamaq istəyirəm. O müəllimi ki, onun bütün həyatı, amalı, məqsədi tədris etdiyi fənni şagirdlərə sevdirmək və onları əsl vətənpərvər kimi tərbiyə etmək olub. Qələndər Quliyev (Səlimoğlu) Tərtərin Qapanlı kəndindən idi. Yaxınlıqdakı ermənilər yaşayan Seysulan kəndi ilə Qapanlının arası cəmi 1-2 kilometr olardı. Həm müharibə zamanı, həm də atəşkəs dövründə Qapanlı camaatı nankor qonşulardan çox zərbələr almışdı. Qələndər müəllim baş verənləri ürəyindən keçirərərk hələ o zaman, dərsliklərdə bir çox hadisələrin düzgün işıqlandırılmadığı dövrdə, şagirdlərinə əsl vətənpərvərlik dərsi keçir, hər kəlməsi ilə onları düşmənlə mübarizəyə hazırlayırdı. Bu gün, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şanlı Zəfər qazandığı zaman, biz Qələndər müəllimi və onun kimi minlərlə peşəsinin, Vətəninin vurğunu, fədaisi olan müəllimləri xatırlamaya bilmərik. Məhz buna görə də dövlətimizin başçısı deyib ki, heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə getməyə hazır idilər. Bu, ailədə və məktəbdə onların aldığı tərbiyənin, Qarabağ sevgisnin nəticəsiydi.
    Azərbaycanın hər bir bölgəsi mənim üçün doğma və əzizidr. Daha ətraflı »

  • 10Yan
    Səhiyyə Psixoloq məsləhəti üçün şərhlər bağlıdır

    VALİDEYNLƏRƏ SÖZÜMÜZ VAR

    Valideynlər yeniyetmə övladlarını niyə başa düşmək istəmirlər?
    Hazırda valideynlərin tez-tez “bizim dövrümüzdə yeniyetmələr belə deyildi, biz belə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq. Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.
    Bildiyimiz kimi yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək davam edir və orta məktəbin beşinçi-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz “mən”ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir.
    Sadalanan bu fikirlər valideynlərə sözün əsl mənasında dəhşətli gəlir. Dünənədək uşaq saydığı, asanlıqla öz fikirlərini yeritdiyi və yönləndirə bildiyi övladı ilə ünsiyyət qurmaq valideyn üçün müşkülə çevrilir. Valideynlə yeniyetmə övladı arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Bu dövrün özəlliyi ondan ibarətdir ki, valideyn övladının böyüməsindən xəbərsizdir. O, həmişəki tələbkarlığı edir, amma əvəzinə etiraz görür. Daha ətraflı »

  • 10Yan
    Milli-mənəvi dəyərlər Qadınlara qarşı zorakılığa “yox” deyək! üçün şərhlər bağlıdır

    ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN!
    DAHİLƏR ANASI ÇAĞRILIR ADIN

    Bəli! Dahilərin, alimlərin, qəhrəmanların, qolu güclü qoç igidlərin anasıdır qadın.
    Bir nərəsiylə düşməni qorxuya salan, öz silahıyla düşmən üstünə təkbaşına gedən Koroğluları, Mübarizləri, Vəzirləri, Elmanları bu vətən üçün böyüdən anadır qadın.
    Torpaq uğrunda canından keçən minlərlə şəhidimizin anasıdır – qadın.
    Hər şey vətəndən başlayır. Vətənimizə də ana vətən deyirik.
    Fikrimi nəinki azadlıqdan, hətta fiziki xüsusiyyətlərindən məhrum olmuş, ancaq bu gün dünyada əsərləri milyon dollara təqdim olunan bir qadının sözləri ilə davam etmək istəyirəm: “Əxlaq və namusdan söz düşəndə yalnız qadınlar haqqında danışmağa başlayan hər kəs əxlaqsız və namussuzdur”. Bu sözlər hər şeyini itirdiyi bir halda belə var olan dəyanətini təqdim edən və qadın gücünü nümayiş etdirən birinin sözləridir. Qadın zərif varlıqdır yanaşmasını çox vaxt zəiflə qarışıq salan bir cəmiyyətdə yaradılışın birbaşa özü olan bu möcüzəvi yaradılışı kiçik görərək, zorakılığa məruz qalan şəxs olaraq mübarizə aparmaq bəzən yorucu ola bilir.
    Amma onlar unudurlar ki, qadın anadır, qadın yoldaşdır, qadın bacıdır və gücsüz deyə yox, sadəcə varlığının əhəmiyyətini hiss etdiyi bir əks cins görmək istəyir, hər zorda – ata, yoldaş, qardaş… Amma bəzən cəmiyyətimizdə bu basqı ilkin növbədə ən yaxınlarımızdan görünür və ən yüksək potensialı daşıyan bir çox qızımızın qarşısına daş qoyur. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər Minnətdarlıq üçün şərhlər bağlıdır

    Yeni il ərəfəsində kəndimizdə 124 ailə sevindi

    Su varsa, deməli, həyat da var. Su təmizlik, paklıq, rahatlıqdır. Yeni il ərəfəsində kəndimizdə yeni su xəttinin açılışı sakinlərin böyük sevincinə səbəb oldu.
    Həmin su xəttindən 124 həyətə su çəkilib. Deməli, bundan sonra 124 ailənin içməli su sarıdan çətinliyi olmayacaq. Su ilə bağlı məişət çətinlikləri aradan qaldırılacaq.
    Kənd sakinləri adından bu işdə zəhməti olan hər kəsə təşəkkürümüzü bildirirəm.
    Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini alqışlayırıq.
    Qeyd etmək istəyirəm ki, kəndimizdə bu açılış mərasiminin keçirilməsi bizim üçün Milli Məclisin deputatı Anar Məmmədovla daha yaxından tanış olmaq üçün fürsət oldu. Səmimi və mehriban insandır. Qayğılarımızla maraqlandı. Kənd əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışdı.
    2025-ci ili yüksək əhval-ruhiyyə ilə qarşıladıq. Əminik ki, ölkəmiz üçün, xalqımız üçün düşərli il olacaq.

    Zakir Bayramov,
    Kəbirli kəndinin sakini,
    kənd ağsaqqalı

  • 03Yan
    Xəbərlər 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış açıq və qapalı yerlərin SİYAHISI üçün şərhlər bağlıdır
    Sıra sayı Bələdiyyənin adı Əhatə etdiyi ərazi vahidləri Açıq yerlər Qapalı yerlər
    ünvanı aid olduğu seçki dairəsi ünvanı aid olduğu seçki dairəsi
      Tərtər rayonu: 10 bələdiyyə        
    1. Azad Qaraqoyunlu Aşağı Qapanlı Aşağı Qapanlı kəndi, kəndin girişindəki meydan 98 saylı Bərdə-Tərtər
    Azad Qaraqoyunlu Azad Qaraqoyunlu kəndi, həkim məntəqəsinin qarşısındakı meydan 98 saylı Bərdə-Tərtər Azad Qaraqoyunlu kəndi, Azad Qaraqoyunlu kənd tam orta məktəbinin iclas zalı 98 saylı Bərdə-Tərtər
    Evoğlu Evoğlu kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər Evoğlu kəndi, İƏD üzrə nümayəndəliyin iclas zalı 98 saylı Bərdə-Tərtər
    İlxıçılar İlxıçılar kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər
    2. Bəyimsarov Ağkənd Ağkənd kəndi, keçmiş kolxoz idarə binasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Ağkənd kəndi, İƏD üzrə nümayəndəliyin iclas zalı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Bəyimsarov Bəyimsarov kəndi, idman meydançası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Bildirçinli Bildirçinli kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Borsunlu Borsunlu kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Dəmirçilər Dəmirçilər kəndi, keçmiş maşın-traktor parkının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Kövdadıq Kovdadıq kəndi, kəndin girişindəki meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qırmızı Saqqallar
    Rəcəbli Rəcəbli kəndi, kəndin girişindəki meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Sarov Sarov kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Umudlu Umudlu kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    3. Buruc Bayandur Bayandurlu kəndi, kəndin girişindəki meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Buruc Buruc kəndi, İdman meydançası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Ələsgərli Ələsgərli kəndi, kənd klubunun qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Ələsgərli kəndi, klub binası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Güləbatlı Gülabatlı kəndi, kənd klubunun qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Gülabatlı kəndi, klub binası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Sarıcalı Sarıcalı kəndi, körpələr evi-uşaq bağçasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Yenikənd Yenikənd kəndi, tibb məntəqəsinin qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Zolgəran Zolgəran kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    4. Hüsənli Hüsənli Hüsənli kəndi, tibb məntəqəsinin qarşısındakı meydan 98 saylı Bərdə-Tərtər Hüsənli kəndi, İƏD üzrə nümayəndəliyin iclas zalı 98 saylı Bərdə-Tərtər
    Köçərli Köçərli kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər
    5. Mamırlı Alışarlı Alışarlı kəndi, kəndin girişindəki meydan 98 saylı Bərdə-Tərtər
    Hacallı Hacallı kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər
    İrəvanlı İrəvanlı kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər
    Mamırlı Mamırlı kəndi, İƏD üzrə nümayəndəliyin qarşısındakı meydan 98 saylı Bərdə-Tərtər Mamırlı kəndi, Mamırlı kənd tam orta məktəbinin iclas zalı 98 saylı Bərdə-Tərtər
    Poladlı Poladlı kəndi, kənd mağazasının qarşısındakı meydan 98 saylı Bərdə-Tərtər
    Soyulan Soyulan kəndi, kəndin mərkəzi meydanı 98 saylı Bərdə-Tərtər
    6. Qaraağacı İsmayılbəyli İsmayılbəyli kəndi, idman meydançası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qapanlı Qapanlı kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qaraağacı Qaraağacı kəndi, poçt binasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Qaraağacı kəndi, Qaraağacı kənd tam orta məktəbinin iclas zalı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qaynaq Qaynaq kəndi, bələdiyyənin qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qazyan Qazyan kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Yuxarı Qapanlı Yuxarı Qapanlı kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Yuxarı Qaradağlı Yuxarı Qaradağlı kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    7. Qaradağlı Bala Kəngərli Bala Kəngərli kəndi, kənd mağazasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Bayandurlu Bayandur kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Cəmilli Cəmilli kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Kəbirli Kəbirli kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Kəngərli Kəngərli kəndi, körpələr evi-uşaq bağçasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Qaradağlı Qaradağlı kəndi, tibb məntəqəsinin qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Təzəkənd Təzəkənd kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Xoruzlu Xoruzlu kəndi, kənd tam orta məktəbinin qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Xoruzlu kəndi, Xoruzlu kənd tam orta məktəbinin iclas zalı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    8. Səhləbad Düyərli Düyərli kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Əskipara Əskipara kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy Əskipara kəndi, klub binası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Səhləbad Səhləbad kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Yuxarı Sarıcalı Yuxarı Sarıcalı kəndi, idman meydançası 97 saylı Tərtər-Ağdərə-Goranboy
    9. Seydimli Hacıqərvənd Hacıqərvənd kəndi, kəndin mərkəzi meydanı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    Seydimli Seydimli kəndi, poçt binasının qarşısındakı meydan 97 saylı Tərtər-Ağdərə-Goranboy Seydimli kəndi, Seydimli kənd tam orta məktəbinin iclas zalı 97 saylı Tərtər-Ağdərə-Goranboy
    10. Tərtər Tərtər Tərtər şəhəri Heydər Əliyev prospekti 12, Olimpiya İdman Kompleksinin stadionu 97 saylı Tərtər-Ağdərə-Goranboy Tərtər şəhəri Heydər Əliyev prospekti 14, Gənclər Mərkəzinin iclas zalı 97 saylı Tərtər-Ağdərə-Goranbo



  • 26Dek
    Milli-mənəvi dəyərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət bayramıdır üçün şərhlər bağlıdır

    Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

    Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

    “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Daha ətraflı »

  • 26Dek
    İdman Azərbaycan idman dövləti kimi öz gücünü təsdiqləyir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Dövlət başçısı bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

    Prezident qeyd edib ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir.

    Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.

    Təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik.

    Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.

    İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Daha ətraflı »

  • 26Dek
    İdman 8 İL ƏVVƏL YENİ İL ƏRƏFƏSİNDƏ TƏRTƏRDƏ UŞAQ-GƏNCLƏR İDMAN ŞAHMAT MƏKTƏBİNİN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əiyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva iştirak ediblər

    XX əsrdə Azərbaycanda idmanın böyük inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həm Azərbaycana birinci dəfə hakimiyyətə gəldiyi dövrdə, həm də ölkəmiz müstəqillik qazandıqdan sonra ikinci dəfə hakimiyyətə qayıdarkən ölkədə idmana münasibəti kökündən dəyişdi. Ümummilli Lider idmanın mühüm əhəmiyyətini qeyd edərək deyirdi: ”Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik.”
    Ümummilli Lider Azərbaycanın nüfuzunun dünyada yüksəldilməsi üçün idmanın inkişafının mühüm rol oynadığını bildirir və deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır”.
    Ata vəsiyyətinə layiqincə əməl edən Prezident İlham Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafını da daim diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Təqdirəlayiq haldır ki, iri şəhərlərlə yanaşı, bölgələrimizdə də idmanın kütləviliyi artırılır, bu məqsədlə müasir idman infrastrukturu qurulur. 2016-cı ildə Yeniilqabağı Tərtərdə möhtəşəm Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışı, açılışda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı bunun bariz nümunəsidir.
    Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bu binanın istifadəyə verilməsi nəinki uşaqlar, bütün tərtərlilər üçün möhtəşəm Yeni il hədiyyəsi oldu.
    Bu gün məktəbdə vəziyyət necədir?
    Bu barədə məktəbin direktor əvəzi Fərəc Rzayevin fikirlərini öyrəndik. Fərəc müəllim dedi:
    – Hazırda məktəbimiz uşaq-gənclər idman şahmat məktəbi kimi fəaliyyət göstərir. 4 bölmədə uşaqlar məşğul olurlar. Bunlar şahmat, futbol, voleybol və boks idman növləridir. Təcrübəli müəllimlərimizdən şahmat üzrə Mətləb Qədirovun, Bəhruz Musəvinin, futbol üzrə Azər Musayevin, Elfariz İsayevin, boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun, Rövşən İsmayılovun, voleybol üzrə Güllü Mustafalının adlarını çəkə bilərəm.
    Tərtərdə bu cür məktəbin fəaliyyət göstərməsi uşaqdan böyüyə hamıda böyük sevinc hissi doğurur.
    Azərbaycan Texnologiya Universitetinin tələbəsi Yusif Balakişiyev deyir:
    – 3 dekabr 2016-cı il tarixini ömrüm boyu unutmayacağam. Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonumuzda şahmat məktəbinin açılışına gəlmişdilər. O zaman 10 yaşım vardı. Həmin görüş orada iştirak edən bütün uşaqların gələcəyi üçün bir stimul oldu. Onların mehriban münasibəti, tövsiyələri bizdə həm idmana, həm də elmə olan marağımızı artırdı.
    8 il ərzində Tərtər Uşaq-Gənclər Şahmat İdman məktəbinin yetirmələri nəinki rayonumuzda, respublikamızda, eləcə də dünyada böyük şöhrət qazanıblar. Onlardan boks üzrə 6 qat Azərbaycan çempionu, Avropa oyunlarının bürünc mükafatçısı, Avropa çempionu, 19-23 yaşında gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının beşincisi Murad Allahverdiyev, respublika çempionu, beynəlxalq turnirin qalib mükafatçısı Məhəmmədəli Məmmədli fəxrimizdir. Bölgələrdə belə idmançıların yetişməsi Ulu Öndərin arzularının gerçəkləşməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
    Bu gün 8 il əvvəl Tərtərdə fəaliyyətə başlayan məktəbdə gələcəyin məşhur idmançıları yetişir. Onların sırasında Ramin İsazadənin, Aliyə Bayramlının, Ataxan Əlizadənin, Cavidan Rzayevin və başqalarının adlarını göstərmək olar.
    Məktəbin fəaliyyəti nəticəsində uşaqlar və yeniyetmələr pis vərdişlərdən uzaq olur və nəticədə mənəvi və fiziki cəhətdən sağlam nəsil böyüyür. Sağlam nəsil isə cəmiyyətimizin sağlam gələcəyidir.

    Svetlana BAĞIROVA

  • 26Dek
    Xəbərlər ŞƏHİD AİLƏSİ ZİYARƏT EDİLİB üçün şərhlər bağlıdır

    Rayonumuzun Qaradağlı kəndində dünyaya göz açan Aslan Hüseynovun şücaətləri bu gün dillər əzbəri olub. Şəhərimizdəki küçələrdən biri 44 günlük Vətən müharibəsində 3 gündə 3 düşmən tankını məhv edən bu igidin adını daşıyır.
    Məktəblilər onun keçdiyi şərəfli həyat yolunu öyrənir, haqqında şeirlər söyləyir, inşalar yazırlar.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev cəsur həmyerlimizin qəhrəmanlığını yüksək qiymətləndirib. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Aslan Hüseynov sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şəhidimiz iki uşaq atası olub. Bir oğlu və bir qızı yadigar qalıb.
    Bu günlərdə Aslan Hüseynovun atası Malik Hüseynovun 60 yaşı tamam olub. Yubiley günündə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid ailəsinin yanında olub. Ata deyir:
    –Aslan sözün əsl mənasında vətənpərvər oğul idi. Torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən mühari-bəsində o, canını belə əsirgəmədən bu yolda döyüşdü. Çox şükür ki, övladımızın və onun kimi minlərlə vətən fədaisinin arzuları yerinə yetdi, torpaqlarımız bütövləşdi, suverenliyimiz bərpa olundu. Daha ətraflı »