30İyl
ALLAHIN RƏHMƏTİ
Allah Öz bəndələrini sevir və onlara qarşı həmişə mehribandır. Bəzən tarixə baxan zaman görürük ki, insanlar vəfasızlıq etməklərinə baxmayaraq, Allah öz sevgisini və məhəbbətini onlardan əsirgəməmiş və on-lara yenə də nemətini nazil etmişdir.
Buna şahidlik edən çox sayda Quran ayəsi də vardır. “Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. (“Bəqərə” 243). Bu haqda Əllamə Təbatəbai buyurur: “Allah zati sevgisinə görə məxluqlarını sevir. Allah bütün məxluqları kimi, insanı da xəlq etmişdir. Allah bəndələrini sevdiyi üçün bəzi təqsirlərini gör-məməzliyə vurur.
Bəndələrinin tövbəsini qəbul edir və eyblərini gizlədir. Lakin layiqli deyildir ki, bəndələr Allahın lütfündən suiistifadə etsinlər. Tövbə yolunda süstlük göstərsinlər.
Əgər bir gün İlahi lütf bəndəyə şamil olmazsa, bu zaman İlahi əzab ətəyindən yapışar. İlahi məhrumiyyətə düçar olar. Daha ətraflı »
30İyl
. İkiüzlü insanlar qiyamət səhnəsinə başı üstə, ikidillilər isə üzləri üstə süründürülərək gətirilərlər. Atəş onların bədənindən elə püskürər ki, bədən üzvləri əriyib tökülər. Onları belə tanıtdırarlar: “Bunlar dünyada ikiüzlü və ikidilli olanlardır!”
. Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar.
. İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə başqalarını rahat edir. Birinci dəstə möminlərdir ki, dünya çətinliklərindən azad olurlar. İkinci dəstə kafirlərdir ki, ölməkləri ilə bitkilər, heyvanlar və insanlardan bir çoxu onların şərindən rahat olurlar.
. Həqiqi mömin o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun.
. Mömin o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.
. İki söz var ki, həmişə eşidilməz (yəni, gözlənilməzdir). Bu iki sözə gərək riayət edilsin. Bunların biri ağılsızın dediyi gözəl sözdür. Bunu qəbul edin. Digəri isə, ağıllı insandan eşitdiyiniz ağılsız sözdür. Bu sözə isə etina etməyin.
.“İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”
. İmam Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pəhrizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”
30İyl
Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir. Pamdemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır. Artıq bir ildən coxdur ki, ölkə əhalisinin vaksinasiya prosesinə başlanılmışdır. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhaliyə 4 növ vaksin seçimi verilmişdir. Onların hər biri effektiv və təhlükəsizdir. Daha ətraflı »
28İyl
Prezident İlham Əliyevin 22 iyul 2021-ci il tarixində Daşkəsən rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların sosial-iqtisadi inkişafı naminə dövlət proqramlarının icrası ilə bağlı, eləcə də digər tarixi əhəmiyyətli məsələlərdən də bəhs olunmuşdur. İstifadəyə verilən obyektlərin regionların hərtərəfli inkişafına xidmət etməsini vurğulayarkən dövlət başçısı bildirib ki, əksəriyyətində ən müasir idman qurğuları olmaqla Azərbaycanda fəaliyyət göstərən 48 idman kompleksindən biri Goranboy rayonunda istifadəyə verilib.
Naftalanda açılan yeni sanatoriya isə şəhərin turizm potensialını artırır. Kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən Şəmkir su kanalının çəkilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında icra edilən layihələr sırasında eyni zamanda yolların, içməli su xətlərinin çəkilməsi, xəstəxanaların, sosial obyektlərin tikilməsi, iş yerlərinin yaradılması da durur. Daha ətraflı »
23İyl
Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 18 iyul 2021-ci tarixdə birgə mətbuat konfransı keçirmiş və strateji tərəfdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən məsələlər barədə öz fikirlərini bildirmişdirlər.
Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri yüksək səviyyəli tərəfdaşlığın bariz nümunəsidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.
Prezident İlham Əliyev mətbuat konfransında bildirmişdir ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu və Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Daha ətraflı »
16İyl
Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərək bildirmişdir ki, bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə təhvil verilmişdir. Kompleksdə 810 mənzil, 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Dövlətin qayğısı nəticəsində son illər ərzində 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunmuş və bu proses davam edir.
Ötən il Azərbaycanda 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə daha 3 min şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunmuşdur. Qarabağ qazilərinə 7200 fərdi avtomobil verilmişdir. Daha ətraflı »
16İyl
2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında çıxışı zamanı deyib.
Ölkə başçısı bildirb ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.
BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş Daha ətraflı »
16İyl
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. Dövrünün görkəmli maarifçiləri Daha ətraflı »
16İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, müraciətləri yerində həll olunub.
Mamırlı, Köçərli kənd sakinləri suvarmada rastlaşdıqları çətinliklərlə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib, həlli vaxt tələb edən məsələlər barədə izahatlar verilib.
İcra başçısı qəbula gələn vətəndaşlara 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Daha ətraflı »
16İyl
146 İLLİK İNTİBAH DÖVRÜ

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələr yazıblar. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha ya-xından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Daha ətraflı »
Yeni ismarıclar