Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Yan
    Digər Ailə dağılır, ən çox əziyyət çəkən uşaqlar olur üçün şərhlər bağlıdır

    Boşanmaların sayı getdikcə artır. Bizim rayonumuzda da belə halların sayı kritik həddə çatıb. Aliment “davası” indi günümüzün aktual məsələlərindən biridir. Təəssüf ki, ailəsini dağıdan bəzi valideynlər övladları qarşısında olan məsuliyyətlərini unudurlar.
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişiklik edilib.
    Həmin qərarda 1, 2, 3 və ya daha çox uşağın saxla-nılması üçün alimentin miqdarı, uşaqla ünsiyyət hüququ, işsiz valideynin aliment ödəməsi və sair məsələlər nəzərdə tutulub.

    “YENİ TƏRTƏR”

  • 21Yan
    Səhiyyə Yeni virus ölkəmizə gələ bilərmi? üçün şərhlər bağlıdır

    Son vaxtlar metapnevno-virusunun yayılması ilə bağlı müxtəlif xəbərdarlıqlar edilir. Artıq bu virus Çində, Qazaxıstanda, Qırğızıstanda, Rusiyada və Türkiyədə qeydə alınıb. Lakin o da bildirilir ki, virusla bağlı pandemiya təhlükəsi yoxdur.
    Bununla belə məlumdur ki, qış aylarında əhali arasında boğaz ağrısı, yüksək hərarət, öskürəklə müşayiət olunan və bizim soyuqdəymə kimi qəbul etdiyimiz xəstəliklərin sayı artıb.
    Unutmaq olmaz ki, xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün qışda hər kəs orqanizminin immunitetinin gücləndirilməsi qayğısına daha çox qalmalıdır. Eləcə də insanlar xəstə olduqları müddətdə əhalinin sıx olduğu yerlərə getməkdən çəkinməli, ev, yaxud xəstəxana şəraitində müalicə olunmalıdırlar.

    “Yeni Tərtər”

  • 21Yan
    Səhiyyə İnternet vasitəsilə dərman almayın! üçün şərhlər bağlıdır

    Son zamanlar insanlar arasında hər şeyi internet platformasından almaq dəbdədir. Yəqin bu da müasirliyin bir növüdür və yaşlı nəslin nümayəndələri üçün qəbuledilməz olsa da, gənclər artıq “Trendyol” sifarişlərini həyat tərzinə çeviriblər.
    Lakin mütəxəssislər dərman preparatlarını internet vasitəsilə almağı tövsiyə etmirlər. Çünki bu zaman aldanmaq olar və belə bir alış-veriş insan sağlamlığına ciddi təhlükə ilə nəticələnə bilər.

  • 21Yan
    Xəbərlər İMƏCİLİK KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Şəhərimizin ərazisində vaxtaşırı keçirilən iməciliklər zamanı yol kənarında salınmış yaşıllıq zolaqlarında alaq otları biçilir, təmizlik işləri aparılır, əkilmiş ağacların dibləri bellənir və məişət tullantıları toplanaraq ərazidən götürülür.
    Bu günlərdə keçirilən belə bir iməcilikdə Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
    Lakin şəhərimizin sakinləri unutmamalıdırlar ki, bu cür iməciliklər nə qədər çox keçirilsə də, hər birimiz küçələrimizin təmizliyinə, səliqəsinə diqqətlə, ürəkdən yanaşmasaq məqsədimizə çata bilməyəcəyik. Yol boyu atılan siqaret kötükləri selofan paketlər, kağızlar heç də bizim intelektual səviyyəmizin yüksək olmasından xəbər vermir.
    Böyüklər, valideynlər sözdə yox, əməli işlərilə övladlarına nümunə göstəməlidirlər. Məktəblərdə ekologiyamızın qorunması ilə bağlı keçirilən tədbirlərin sayı artırılmalıdır.

    İlahə PAŞAZADƏ

  • 21Yan
    Digər 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir üçün şərhlər bağlıdır

    Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

    1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib.

    Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

    “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Daha ətraflı »

  • 10Yan
    Digər Uzun illər aparılan islahatların nəticələri üçün şərhlər bağlıdır

    Azərbaycan Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı bildirib ki, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir.

    İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır.

    Qeyri-neft sektoru 6 faizdən çox artıb.

    Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.

    Keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik.

    Qeyd olunub ki, ümumi daxili məhsulun xarici borca olan nisbətində də biz burada dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir.

    Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir.

    Bildirilib ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb.

    Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Daha ətraflı »

  • 10Yan
    Digər Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
    1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
    Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Daha ətraflı »

  • 10Yan
    Digər Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır üçün şərhlər bağlıdır

    Bu sözləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev söyləyib.
    O bildirib ki, 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qar-şımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.
    Dövlət başçısı deyib:
    –Bu gün dünyada baş verən ha-disələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.
    Qeyd olunub ki, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib. Daha ətraflı »

  • 10Yan
    Şəhidlər Yanvarın 14-də Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər Özünümüdafiə Batalyonu”nun komandiri Elman Hüseynovun şəhadətə yüksəlməsindən 32 il ötəcək üçün şərhlər bağlıdır

    RUHUN ŞAD OLSUN, KOMANDİR!

    Uğrunda döyüşdüyün torpaqlar indi azaddır! Çox sevdiyin Şuşa şəhəri doğma sakinlərini qoynuna alıb. Gözəlliyindən doymadığın Cıdır düzündən ətrafa yayılan musiqi sədaları qayalarda əks-səda verərək, bizim qalib, müzəffər xalq olduğumuzu dünyaya çatdırır.
    Şuşaya aparan yollar da qısalıb. Möhtəşəm Zəfər yolu çəkilib.
    Artıq 10 minə yaxın məcburi köçkün öz doğma yurd-yuvasına qayıdıb. Bu proses uğurla davam edir. Sevinc-sevincə qarışır. Bu il Xankəndi şəhərinin sakinləri də Yeni ili doğma ocaqlarında qarşıladılar.
    Bütün bunlar şəhid qardaş və bacılarımızın, qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olub.
    Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib.
    Xalqımız bu yolda canından keçən oğullarını heç zaman unutmayacaq, komandır.
    Ruhun şad olsun!
    * * *
    Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevral ayının 28-də Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1958-1968-ci illərdə Azad Qaraqoyunlu kənd məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub və 1973-cü ildə həmin institutun hidromeliorasiya fakültəsini bitirib. 1973-1975-ci illərdə Gürcüstanda zabit kimi hərbi xidmətdə olub. 1991-ci il sentyabr ayına qədər rayonda müxtəlif rəhbər vəzifələrdə işləyib. 1991-ci il sentyabr ayının 22-də rayonda Ərazi Özünümüdafiə Qərargahı təşkil edib, onun rəisi olub. 1991-ci il noyabrın 12-də “Tərtər Özünümüdafiə Batalyonu”na ilk komandir təyin edilib. Əvvəllər işlədiyi rəhbər vəzifələrdə yüksək təşkilatçılıq qabiliyyəti əldə etmiş Elman Hüseynov ilk komandir kimi Tərtər Özünümüdafiə Batalyonunun o dövrdəki siyasi oyunlara cəlb edilməsinə yol verməyəcəyini və yalnız doğma torpağımızın azğın ermənilərdən təmizlənməsinədə iştirak edəcəyini qarşıya məqsəd qoymuşdu. Batalyona komandirlik etdiyi müddət ərzində də bu məqsədinə nail olmuşdur. O, şəhid olandan sonra da batalyon bu məqsəd uğrunda mübarizəni davam etdirdi. Daha ətraflı »

  • 10Yan
    Təhsil BİR ZİYALI ÖMRÜNÜN İŞIĞINDA üçün şərhlər bağlıdır

    Bu işıqdan neçə-neçə ömrə pay düşüb

    Təqaüdçü müəllim Baba Aslanovun 85 illik yubileyinə həsr olunmuş tədbirdə yubilyarın doğmaları ilə birlikdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, ”Yeni Tərtər” qəzetinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, məktəbin məzunları da iştirak ediblər.
    Tədbirin ssenari müəllifi və aparıcısı Ağdam Dövlət Dram Teatrının rejissoru, Baba müəllimin şagirdi Elmir Hümbətov olub.
    Tədbirdə əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin, dünyasını dəyişmiş müəllimlərin və təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra aparıcı uzun illər ömrünü-gününü şagirdlərinin təhsili yolunda şam kimi əridən Aslanov Baba Allahverdi oğlunun həyat və fəaliyyəti barədə danışıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, vaxtı ilə Baba müəllimlə birgə işləmiş müəllimlərdən Cümşüd Həsənov, Bəsti Məmmədova, Həmayıl Bayramova, İlyas Hümbətov, Fatma Əhmədova, Məlahət Zeynalova çıxış edərək Baba müəllimi təbrik edib, ona sağlıqlı ömür arzulayıblar. Çıxışlarda Baba Aslanovun müəllimlik fəaliyyəti dövründən maraqlı, yaddaqalan xatitələr dilə gəlib, onun aktyorluq istedadından, səhnələşdirdiyi tamaşalardan, musiqi istedadından–kamançada etdiyi gözəl ifalardan da danışılıb.
    Baba müəllimin ziyası işığına toplaşmış keçmiş şagirdləri – şair Xəqani Abbasov, şairə Səidə Əşrəf qızı, Ədalət Nuriyev, Xəlil Məmmədov, Pərviz Ağayev sevimli müəllimlərini təbrik ediblər, məktəbin şagirdləri müəllim ömrünə həsr olunmuş şeirlər söyləyiblər, maraqlı səhnələr göstərilib. Daha ətraflı »