Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Fev
    Digər İndi Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses gedir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib.

    Dövlət başçısı qeyd edib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

    Bildirilib ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

    Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

    Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Daha ətraflı »

  • 14Fev
    Digər Azərbaycan və Somali arasında əməkdaşlıq qarşılıqlı etimad və dost münasibətlər üzərində qurulur üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.

    Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir.

    Qeyd olunub ki, ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

    Prezident deyib ki, Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.

    Həmçinin Somalidə sərmayə imkanları müzakirə edilir. Bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlığın qurulması nəzərdə tutulub.

    Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

    Bildirilib ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

    Fevralın 12-də Bakıda keçirilən görüş zamanı qarşılıqlı əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalanıb.

     

     

     

     

     

     

  • 07Fev
    Milli-mənəvi dəyərlər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN GƏNCLƏR SİYASƏTİ PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Gəncləri Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkila-tının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsində İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov, qazilər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıb.
    Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 28 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Daha ətraflı »

  • 07Fev
    Qazilərimiz Vətən Müharibəsi iştirakçısının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə Vətən müharibəsi iştirakçısı Elməddin Məmmədovun toy mərasimi keçirilib.
    Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.
    Rayon rəhbəri toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
    Toy mərasimində dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqları, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqları və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyi vurğulanıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğu qeyd edilib.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, həyat arzulayıblar.
    Qeyd edək ki, Elməddin Məmmədov Talış, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş Nazir Əli Əsədovun sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan icra başçısı Elməddinin öz Vətənini, torpaqlarımızın ərazi bü-tövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı da ailə başçısı olacağını bil-dirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.

     

  • 07Fev
    Qazilərimiz Qayğı və diqqət həyata bağlılıq hissini artırır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qazyan kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Məmmədov Camal Zeynal oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Camal Məmmədov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə istiqamətində gedən döyüşlərə qatılmışdır. O, 1994-cü il yanvar ayının 8-də düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Camal Məmmədova müharibə zamanı aldığı xə-sarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

     

  • 07Fev
    Milli-mənəvi dəyərlər NARKOTİKƏ BİRLİKDƏ YOX DEYƏK! üçün şərhlər bağlıdır

    Bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimi

    Narkotik adətən beyin və sinir sisteminə təsir edən və istifadə edildikdə fiziki və psixoloji asılılıq yaradan maddələrə verilən ümumi addır. Bu maddələrdən əvvəlcə əyləndirici məqsədlərlə istifadə olunur, amma bu, onların sağlamlığa zərərli təsirini aradan qaldırmır. Narkomaniya insanların düçar olduğu çıxılmaz bataqlıqdır. Onu haqlı olaraq “ağ ölüm” də adlandırırlar.
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 270 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda, terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
    Məhz bunlara görə Ümummilli Liderimiz Heydər Əliyev narkomaniyanı cəmiyyətin “sosial bəlası” adlandırmışdır. Ulu Öndər Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)” müstəsna əhəmiyyətə malik oldu. Bu istiqamətdə mübarizə məhz bu sənədə əsaslanmaqla aparılırdı və həmçinin xüsusi Dövlət Komissiyası yaradıldı.
    Dünya dövlətlərinin əksəriyyəti narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizəni təşkil etmək üçün birgə yollar axtarırlar. Azərbaycan Respublikası da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla, bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Daha ətraflı »

  • 07Fev
    Şəhidlər Qəzetimizin səhifələrində yaşayan tariximiz üçün şərhlər bağlıdır

    ÖLÜMƏ MEYDAN OXUYAN İGİD

    Müharibə çox anaları oğulsuz, bacıları qardaşsız, körpələri atasız qoyub. Bütün Azərbaycanı bürüyən bu qara kabus Allahverdi dayının ailəsindən də yan keçmədi. Onun tək oğlu Etibar Əliyev öz ölümü ilə şəhidlik zirvəsinə ucaldı. Ailənin yeganə ümidi olan Etibar Koroğlu əzəmətli, Babək cüssəli, gözəllikdə tayıbərabəri olmayan oğlan idi. Öz ağlı, tərbiyəsi, savadı ilə hamının rəğbətini qazanmışdır. O, orta məktəbi bitirən ili Xalq Təssərrüfatı İnstitutunun Bank əməliyyatı fakültəsinin axşam şöbəsinə qəbul olmuşdu.
    İkinci kursa keçəndə əsgəri xidmətinə çağırılmış və Mingəçevir şəhərində hərbi hissələrin birində arxa cəbhədə saxlanmışdı. Bu zaman ön cəbhədən həyəcanlı xəbərlər eşidən Etibar bunlara dözə bilmir və ön cəbhəyə getməyi qərara alır. O da vətəninin qeyrətli oğulları kimi yalnız döyüşə can atırdı. O, 1994-cü ildə hərbi hissədən çıxdıqdan sonra Tərtər rayonuna gəlir və könüllü olaraq döyüşlərə qoşulur. Rayonda yaşayan bibilərinin yalvarışlarına baxmayaraq o, “mən də kişiyəm, mən də bu torpağın suyunu içir, havasını uduram” deyə inadından dönmür. Mənim atamın yurdu, babamın qəbri ermənilərin tapdağı altındadır. Mən kəndimizin düşmənlərdən təmizlənməsində iştirak edəcəm.”İnşallah babamın qəbri üstündə görüşərik” deyərək bibiləri ilə vidalaşır və döyüşə yola düşür. Sən saydığını say, gör fələk nə sayır.
    Aprelin əvvəllərində ermənilər Tərtərə üç istiqamətdə hücum edirlər. Bu vaxtı Etibar Qapanlı kəndi uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərir. Düşmənin ciddi müqavimətinə tab gətirməyən ordu geri çəkilən zaman başından və kürəyindən yaralanaraq partlayış nəticəsində böyük bir ağacın altında qalan döyüş dostu Pərvizi xilas etməyə çalışır. Bu zaman üç-dörd erməni azərbaycanca danışa-danışa ona yaxınlaşır. Gələnlərin erməni olduğunu guman etməyən Etibarın qəfləti əl-qolunu bağlayıb əsir götürürlər. Bu hadisənin ertəsi günü mayın 12-də cəbhədə atəşkəs elan olunur. Daha ətraflı »

  • 07Fev
    Xəbərlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair tədbir keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir. Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.
    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasına dair Tərtər Rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və bu istiqamətdə müvafiq işlər aparılır. Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər keçirilir, bu sahəyə daim nəzarət edilir. “Korrupsiyanın qarşısının alınması” mövzularında seminarlar və treninqlər keçirilərək maarifləndirmə işləri aparılması təmin olunur. Korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar tədbirlərin keçirilməsi, müzakirələrin və video konfransların təşkil edilməsi və əhali arasında təbliğat işlərinin aparılması təmin olunur. Bu Fəaliyyət Planı ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən islahatların tərkib hissəsi olmaqla, burada nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrində mühüm töhfə verəcəkdir.
    Həmçinin Milli Fəaliyyət Planının 6.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən bukletlər hazırlanaraq, onların əhali arasında geniş yayılması təşviq edilir.

     

  • 07Fev
    Ədəbiyyat RAYONUMUZUN TARİXİNDƏN üçün şərhlər bağlıdır

    “MƏNİM HƏYAT ROMANIM”

    (Əvvəli ötən sayımızda)
    Belə hallarla qarşılaşanda, xahişlərini eşidib söhbətlərinə qulaq asanda, qəbulunda olarkən müdirik rəhbər Heydər Əliyevin mənə verdiyi çox qiymətli məsləhətləri səslənirdi qulaqlarımda: “…Tərcümeyi-halınızdan görürəm ki, kasıb ailədən çıxmısınız. Heç kəsin köməyi olmadan özünüz özünüzə yol açan adam olmusunuz. Amma unutmayın ki, bundan sonra dostlarınız da, qohumlarınız da çox olacaq. Çünki, vəzifəli adamların qohumları çox olur. Axı, vəzifəli adamdan müəyyən məqsədlərlə, istədiyi kimi istifadə etməyə çalışanlar hər şeydən əvvəl, qohumluq münasibətlərini bildirərək deyirlər ki, sən demə, atalarımız da, babalarımız da, dost doğmaca qohum imişlər. Çox olacaq belə deyənlər. Elələrinin sözlərinə inanmayın. Ancaq özünüzə, düzgün yolunuza, yaxşı işlərinizə güvənin”.
    Qulağımda səslənən bu sözlər əsl cavab idi məndən kömək gözləyib cavab almaq istəyənlərə. Amma söz yox ki, o sözləri xatırlada bilməzdim onlara. Üzümdən gəlməzdi, çəkinirdim. Sadəcə olaraq onların hər birinə ayrı-ayrılıqda: “İnciməyin, mənim bacardığım iş deyil bu, mən belə işlərə baxmıram” deməklə kifayətlənirdim.
    Bu sözlərdən sonra da “yaxın qohumlarım” elə bil ki, düşmənə çevrilib düşmən nəzəri ilə baxırdılar mənə. Hətta ardımca dedikləri: “təkcə özü üçün yaşayan adamdı, iş düzəldən, kara gələn adam deyil, fərsizin, bivecin biridi” kimi giley dolu sözləri də çatırdı qulaqlarıma… Daha ətraflı »

  • 07Fev
    Digər OXUCU MƏKTUBLARI üçün şərhlər bağlıdır

    Xatirəsi hörmətlə anılır

    Dəmirçilər kənd tam orta məktəbində şagirdlərin təhsili ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsinə böyük diqqət göstərilir. Bu məqsədlə vaxtaşırı olaraq müxtəlif tədbirlər keçirilir. Belə tədbirlər zamanı şagirdlər şanlı Zəfər tariximizlə tanış olur, bu tarixi yazan igidlərin həyatını və döyüş yolunu öyrənirlər.
    Məktəb vaxtilə burada təhsil alan I Qarabağ müharibəsi şəhidi Azər Məmmədovun adını daşıyır. Azər Məmmədov 1992-ci ildə könüllü olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qatılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində döyüşlərdə iştirak edib. Şişqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Məktəbdə Azərin xatirəsi daim minnətdarlıq hissi ilə anılır, qardaşı və digər qohumları keçirilən tədbirlərə dəvət olunur. Belə görüşlər məktəblilərə Azər Məm-mədov və onun kimi qəhrəmanlar haqqında daha çox bilgi toplamağa kömək edir.

    Oktay Məmmədov,
    veteran müəllim