Vətənin o başı, bu başı olmadığı kimi, o torpaqda şəhid olan oğullarımızın da hansı rayondan olmasının fərqi yoxdur. Onların hamısı vətənin bütövlüyü uğrunda canlarından keçiblər. İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olan igidlərimizin heç birini unutmamışıq. Onların xatirəsi daim bizlər üçün əzizdir. Hər zaman yad edir, gənc nəsillərin də onları tanımasını istəyirik.
Bu gün haqqında yazacağım şəhid Ağdərə rayonunun Umudlu kəndinin sakini Bağırov Şakir Əvəz oğludur. O da minlərlə vətən oğlu kimi rayonunun, kəndinin müdafiəsi zamanı şəhid olub.
Şəhidimizin bacısı Nəhayət xala qardaşı haqqında ürəkdolusu söhbətlər etdi:
– Biz ailədə 5 bacı, 3 qardaş olmuşuq. Uşaqlardan 4-cü, qardaşlarımdan isə ikinci uşaq Şakir olub. O, 1981-1983-cü illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət kəndimizdə sürücü kimi işləyib. Daha son-ra isə ailəsilə birlikdə Rusiyaya köçüb. Qardaşımla orada yaşayıblar. Müharibə vaxtı anam ağır xəstə idi. Qardaşlarım vətənə qayıdırlar və döyüşlərə qoşulurlar. Həmin vaxt kəndimiz ermənilər tərəfindən mühasirəyə alınmışdı. Bizi çıxarıb Ağdamda qohum evinə yerləşdirdilər. Şakir müharibəyə getməmişdən öncə bütün qohumlarıyla görüşdü, halallaşdı, sonra getdi. Qardaşım Möhübbət isə hərbidə maşın sürürdü. Əsgərlərə ərzaq aparırdı. Daha ətraflı »
-
18FevŞəhidlər YOLDAŞLARINI QORUDU, ÖZÜ İSƏ ŞƏHİD OLDU üçün şərhlər bağlıdır
-
18FevŞəhidlər Səfərov Rövşən Qiyas oğlu üçün şərhlər bağlıdır
1962-ci il dekabr ayının 31-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. Buruc kənd orta məktəbini bitirdikdən sonra 1980-1982-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət “Şəfəq” kolxozunda sıravi kolxozçu işləmiş, sonra isə Bakıya gedərək Binəqədi rayonunun 11 №-li ixtisaslaşdırılmış podrat təmir-tikinti sahəsində ixtisaslı fəhlə kimi fəaliyyət göstərmişdir. 11 noyabr 1991-ci il tarixdə həmin rayonun hərbi komissarlığı tərəfindən könüllü olaraq Milli Ordu sıralarına xidmətə göndərilib. Malıbəylidə erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.
Sarıcalı kənd tam orta məktəbi Rövşən Səfərovun adını daşıyır.
Evli idi. Əli və Elməddin adlı iki oğlu yadigar qalıb. Bakıda “Şəhidlər Xiyabanı”nda dəfn olunub.
Ailəsi Bakı şəhərində yaşayır.“Yeni Tərtər”
-
18FevŞəhidlər Məmmədov Eldar Əmirxan oğlu üçün şərhlər bağlıdır
1958-ci il fevral ayının 1-də Tərtər şəhərində anadan olub. Orta təhsilini Tərtər şəhər 2 №-li orta məktəbində almış, 1977-ci ildə Gəncə Baza İnşaat Texnikumunu bitirmişdir. Həmin il Sovet ordusu sıralarına çağırılıb və Macarıstan respublikasında xidmət edib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra doğ-ma torpağa qayıtmışdı. Tərtər rayon 1 №-li tikinti-quraşdırma idarəsində usta işləyirdi. 1992-ci ilin yanvar ayından könüllü olaraq “Tərtər Özünümüfadiə Batalyonu”nda döyüşürdü. 1992-ci il fevral ayının 18-də Ağdərə uğrundakı əməliyyatlarda kəşfiyyat zamanı həlak olub. Ancaq, nəşi döyüş zonasında qalmış və mart ayının 1-də ermənilərdən alınaraq Tərtər şəhərinə gətirilib torpağa tapşırılmışdır. Tərtər şəhər qəbiristanlığında dəfn olunub.
Evli idi. Ailəsi Tərtər şəhərində yaşayır. Sərdar və Seymur adlı iki oğlu var. Ailəlidirlər.“Yeni Tərtər”
-
18FevXəbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının onüçüncü ildönümü münasibəti ilə tədbir keçirilib üçün şərhlər bağlıdır
Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının Peşə bayramı və Xidmətin yaradılmasının 13-cü ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü və Peşə bayramları münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar diləyib. Daha ətraflı » -
18FevXəbərlər Vətəndaşların müraciətləri dinlənilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, rayon sakinləri Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
Görülən tədbirlərin nəticəsidir ki, ötən il rayonumuzdan yuxarı təşkilatlara göndərilən şikayət məktublarının sayı xeyli azalıb.“YENİ TƏRTƏR”
-
18FevXəbərlər Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları və İƏD üzrə nümayəndələr iştirak ediblər.
Müşavirədə “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elşən Bağırov çıxış edib.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. -
18FevŞəhidlər Rayon rəhbəri Bəyimsarov kəndində Birinci Qarabağ Müharibəsinin şəhidi Nəsibov Pərvanə Eyvaz oğlunun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Bəyimsarov kəndində birinci Qarabağ Müharibəsinin şəhidi Nəsibov Pərvanə Eyvaz oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Nəsibov Pərvanə Eyvaz oğlu 1967-ci il aprel ayının 23-də Ermənistan Respublikasının Vardanis rayonunun Zod kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Ermənistandan məcburi köçkün düşərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmışdır. Həmin ildən Bəyimsarov kolxozunda kolxozçu işləməyə başlamışdır. 1992-ci ildə könüllü olaraq Milli Ordumuzun N saylı hərbi hissəsinə daxil olmuş və onun tərkibində Goranboy bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il noyabr ayının 19-da Gülüstan uğrunda gedən döyüşdə şəhid ol-muşdur. Şəhidimiz Tərtər rayonunun Bəyimsarov kənd qəbiristanlığında dəfn olunub.
Evli idi. Elnur adlı bir oğlu və Təhminə adlı bir qızı var.
Rayon rəhbərinin ailə üzvlərilə görüşü zamanı onlar bildiriblər ki, torpaqlarımızın erməni işğalından azad edilməsi onların da ümidlərini ar-tırıb. İnanırlar ki, gün gələcək, doğma yurd-yuvalarına dönəcəklər.
Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.“YENİ TƏRTƏR”
-
18FevMilli-mənəvi dəyərlər BAHARIMIZ XEYİRLİ, UĞURLU GƏLSİN! üçün şərhlər bağlıdır
YALANÇI ÇƏRŞƏNBƏLƏR
Xalqımızın çoxlu sayda özünəməxsus gözəl adət-ənənəsi var. Bunları yaşatmaq gənc nəslin üzərinə düşür. Bundan ötrü öz-soy kökümüzə bağlı olmalıyıq.
Xalqımızın ən gözəl bayramlarından biri Novruzdur. Onu yazın gəlişi kimi qeyd edirik. Əvvəlcə yalançı çərşənbələr gəlir. Bundan sonra 4 doğruçu çərşənbəni özəlliklə yaşayırıq. Hər çərşənbənin özünə aid mənası var. Yalançı çərşənbələri qədimdə insanlar çillənin çıxması kimi qeyd edirdilər. 40 gün davam edən böyük çilləni yola salıb bayrama qədər olan həftənin hər çərşənbəsini qeyd edərdilər. Bu çərşənbələrdə təmtəraqlı heç nə etməzdilər. Hava qaralana yaxın hər kəs öz həyətində tonqal qalayar, ailəsi ilə birlikdə tonqalın ətrafına yığışardılar. O biri çərşənbələr kimi təmtəraqlı süfrələr açılmaz, ayrıca yeməklər bişirilməzdi. Bu çərşənbələr yazın yaxınlaşdığını bildirir, digərlərinə zəmin yaradır, həmçinin qışın çıxdığının müjdəsini verir. Yalançı çərşənbələr müəyyən mərasimlərlə qeyd olunurdu.
2025-ci ilin Novurz çərşənbələri
25 fevral-Su çərşənbəsi, 4 mart- Od çərşənbəsi, 11 mart-Yel çərşənbəsi, 18 mart- İlaxır (Torpaq) çərşənbəsidir. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Bahar bayramımız xeyirli, uğurlu gəlsin.“Yeni Tərtər”
-
18FevMilli-mənəvi dəyərlər NOVRUZ BAYRAMI ADƏT-ƏNƏNƏLƏRİ üçün şərhlər bağlıdır
Kəndirbazlıq və yarışlar
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olur. Məzhəkəçilər və kəndirbazlıq bir çox ölkələrdə tədricən unudulmuş ənənə olsa da, Novruzun maraqlı hadisələrindən biri olaraq ölkəmizdə qeyd olunmağa davam edir. Fərqli ölkələrin inanclarına görə burada kəndir üzərində yerimək, o dünyaya gedən “qıl körpünü” və “uçmağa” aparan yolu simvolizə edir.
Təmizlik və qonaqlaşma
Bayramların ən maraqlı tərəflərindən biri də bir-birimizin evinə qonaq getmək, mehriban süfrələrdə deyib-gülməkdir. Bütün bunlardan əvvəl isə hətta bayramdan bir neçə həftə əvvəl, evlərdə bayram təmizliyinə başlanır. Yeni ilə təravətli başlamaq, bahar ətrini daha yaxşı hiss etmək üçün hər evdə genişmiqyaslı bayram təmizliyi edilir və evdəki lazımsiz əşyalardan xilas olunur. Bəzi xalqlarda bu təmizliyin həm də uğur və müvəffəqiyyət gətirdiyi inancı da mövcuddur.
Novruz bayramı və ilaxır çərşənbə özünəməxsus inancları ilə diqqəti cəlb edir
– Axır çərşənbə gecəsi nəhs danışmaq, içki içmək, nalayiq işlər tutmaq olmaz.
-Novruz bayramı axşamı yandırılan tonqaldan xeyir-bərəkət istənilir.
-Novruz bayramı axşamı qonşular yaslı adamların həyərində tonqal yandırıb, onları “qara bayram”dan çıxarırlar.
-Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər, bar verməz.
-Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlar. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş. Daha ətraflı » -
18FevMilli-mənəvi dəyərlər Ramazan ayı yaxınlaşır üçün şərhlər bağlıdır
Oruc tutmaq insanlara cismani xeyir verməklə yanaşı, həm də bizləri mənən təmizləyir
Bismilləhir Rahmənir rahim!
Mehriban və Bağışlayan Allahın adı ilə.
“Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə”. (Bəqərə s, ayə 183.) Ayədə qeyd edildiyi kimi, oruc olmaq təqvalı olmaq üçün əsas ülgüdür. Təqva bir insanın Allaha olan ən böyük inamı və sevgisidir və bütün işlərdə insaflı və imanlı olması və Allahdan çəkinməsidir. Peyğəmbərimizin (s) əziz balası Xanım Fatimə (s.ə) buyurur ki, “Əməl-lərinə riayət edilmədən tutulan oruc, özünü ac qoymaqdan başqa bir şey deyildir”. Yəni, oruc olan bir insanın təkcə özünü yemək-içməkdən qoruması yox, eyni zamanda əməllərinə də çox ciddi şəkildə nəzarət etməsi vacibata çevrilir. Əlbəttə, qeybət etmək, dedi-qoduyla məşğul olmaq, kiminsə haqqına girmək sair aylarda da qəti qadağandır, amma ramazan ayında bu qadağa bir az da ciddiyə alınaraq, oruclu müsəlmanın sanki gücləndirilmiş iş rejiminə dönür. Və həm də oruc olmanın insana cismani də xeyri var. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır. Biləsiniz ki, ən gözəl pəhriz oruc olmaqdır”. Daha ətraflı »
Yeni ismarıclar