Kəndlərimizdə işlərin qızğın çağıdır. İnsanlar pay torpaqlarında, həyət-bacada həvəslə çalışaraq, cari ildə mümkün qədər çox məhsul götürmək istəyirlər.
Əlbəttə, bu iş-gücün arasında üzləşdikləri problem, onları narahat edən məsələlər də olur. Əvvəllər belə hallarda kənd sakinləri xeyli vaxt itirərək, şəhərə gəlirdilər.
Rayon rəhbərinin kəndlərdə mütəmadi keçirdiyi səyyar qəbul-görüşlər bu cür vaxt itkilərinin qarşısını alır, həm də problemin yerindəcə araşdırılaraq operativ həllinə kömək edir.
Bu günlərdə Mamırlı kəndində keçirilən səyyar qəbul-görüş zamanı kənd sakini Kamil İsmayılov su-varma kanalında yerləşən suburaxıcı qurğunun təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən suburaxıcı qurğu təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Daha ətraflı »
-
11AprXəbərlər Vətəndaş müraciətləri müsbət həllini tapdı üçün şərhlər bağlıdır
-
11AprDigər Bu ilin aprel ayında qəzetimizin 91 yaşı tamam olur üçün şərhlər bağlıdır
Keçmiş oxucu ilə təsadüfi görüş
İş yoldaşımın otaq telefonu xarab olmuşdu. ”Aztelekom”-dan baxmağa gəlmişdilər. Qapım açıldı. İşlərini bitirib gedəndə onlardan biri salam verib soruşdu:
–Siz qəzetdə işləyən Svetlana Əzizovasınız?
– Bəli, – dedim.
Birnəfəsə danışmağa başladı. Mən o vaxt sizin yazıları həvəslə oxuyurdum. Elə istəyirdim ki, Sizi şəxsən tanıyım.
Qəzetdən ayrıldığımdan 15 il keçmişdi. Onun səmimiyyəti, sevinməsi məni kövrəltdi. Uzun illər əvvələ qayıtdım. Yerli qəzetdə işlədiyim vaxtlar, keçirdiyim oxucu konfransları, görüşdüyüm, haqqında yazdığım adamları xatırladım.
Adətən jurnalistlərin yazdıqlarını kəpənəyə bənzədirlər. Çünki, qəzetdə dərc edilən yazıların ömrü bir gün olur. Amma, kəpənəksiz də bahar olmur də, bunu da etiraf etməliyik.
Çox sevindim, oxucumla sə-mimi görüşümə görə. Deməli, sevdiyim peşəmdə hələ də unudulmamışam, imzamı yadda saxlayanlar, məni xatırlayanlar, görmək istəyənlər var, rayonumuzun Əskipara kəndinin sakini, soyadını belə bilmədiyim Şahin kimi. Svetlana Əzizova -
11AprXəbərlər İMƏCİLİK KEÇİRİLİB üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər şəhəri ərazisində və Bayraq Meydanında iməcilik keçirilib.
İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində şəhər ərazisində və Bayraq Meydanında olan alaq otları biçilərək təmizlənib, ağaclarda mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan məişət tullantıları toplanaraq götürülüb.
Sakinlər deyirlər ki, şəhərimiz gözəlləşdikcə, insanların ruhu dincəlir. Lakin unutmaq olmaz ki, bu işdə tərtərlilər özləri də böyük məsuliyyət daşıyırlar. Yəni zibili hara gəldi tullamaq, şəhərimizin səliqə-səhmanına laqeyd olmaq bizə yaraşmır.
“Yeni Tərtər”
-
11AprXəbərlər Poeziya guşəsi üçün şərhlər bağlıdır
YAXIN GƏLMƏZ
(Təcnis)
Bəlkə doğru sözdü, var əl çirkidi,
Saflardan gen gedər, yaxına gəlməz.
Əsilsiz kəslərdən gələn xeyir də,
Gəlsə yada gələr, yaxına gəlməz.Adam var incikdi, bivecdi ya da,
Tərkivətən olub sığınar yada.
Bir yol el-obanı gətirməz yada,
Doğmalar ha yana, yaxına, gəlməz.Bir adam tək gəzə, ayrı dolana,
Qorxar dilə düşə, lağa dolana.
Vücudu şübhəylə, xofla dolana
Yüz kərə desən gəl yaxına, gəlməz.Giley torbasını Talıb, gözələ,
Doyarmı, öyrənsə əgər göz ələ.
Kasıb komasında solan gözələ,
Varlıdan bir üzük, ya xına gəlməz.
Talıb MƏMMƏDLİ -
11AprƏdəbiyyat Ömrümə gün doğub üçün şərhlər bağlıdır
İlahi, bu gözəl mən görəndimi?
Necə görmüşdümsə, elə həməndir.
Baxışı, duruşu, nazı, ədası –
Bahar təravətli ağ yasəməndir.Sevib-seviləcək paydır könlümə,
Dərdimdən ölməyə haydır könlümə,
Təpədir dizimə, haydır könlümə,
Ümid çırağımdır, şirin gümandır.Yıxıb can evimi, daşı qalmayıb,
Quruyub gözümün yaşı, qalmayıb,
Sevgidən dərs alıb, naşı qalmayıb,
Gözü badamıdır, qaşı kamandır.Deməyin, bu yaşda bu sevda nədir,
Susub dillənmirəm, can əldən gedir.
Ömrümə gün doğub, başıma xeyir,
Ay Mayıl, sevməyə əsl zamandır.
Mayıl Məmmədli -
08AprDigər Məqsəd əməkdaşlığı gücləndirmək və özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edib.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır.
Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.
İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq.
Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək. Daha ətraflı »
-
04AprDigər Azərbaycan-Almaniya əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir üçün şərhlər bağlıdır
Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın ən çox inkişaf etmiş dövləti olan Almaniya üçün də cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir.
Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. Daha ətraflı »
-
31MarDigər Tərtərdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edib. O, öz çıxışında bildirib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Daha ətraflı »
-
31MarXəbərlər Tərtərdə Heydər Əliyev adına parkda köhnə oturacaqlar yenisi ilə əvəzlənib üçün şərhlər bağlıdır
Tərtər rayonunda aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində binaların, küçələrin, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri aparılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, vətəndaşların müraciətlərinə əsasən Tərtər Rayon İcra Hakiiyyəti tərəfindən şəhər ərazisində yerləşən Heydər Əliyev adına parkda istismar müddəti başa çatmış oturacaqlar yeniləri ilə əvəz olunub. Eyni zamanda parkda ağaclar mövsümə uyğun olaraq budanıb, yaşıllıq zolağı qaydaya salınıb.
Sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
-
31MarXəbərlər Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” ilə bağlı şəhid anası Bəsirə Nuruyevanı ziyarət edib üçün şərhlər bağlıdır
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə Nuriyevanı ziyarət edib, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.
Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Yeni ismarıclar