Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Mar
    Xəbərlər Rayon Maliyyə Şöbəsinin kollektivi Heydər Əliyev Mərkəzində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayon Maliyyə Şöbəsinin kollektivi Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
    Tədbir iştirakçıları öncə Mərkəzdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Ekskursiya zamanı onlar Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisinə, “Ulu Öndər Tərtərdə” fotostendinə, Mərkəzin “Kitabxana və informasiya texnologiyaları” bölməsinə baxıb, Ümummilli Liderin keçdiyi həyat yolu və iş fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Mərkəzin bələdçisi Müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Liderin keçdiyi həyat yolu və Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi misilsiz xidmətlər haqqında ekskursiyaçılara ətraflı məlumat verib.

     

  • 17Mar
    Xəbərlər “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda dəyirmi masa üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbay-cançılıq məfkurəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra “dəyirmi masa” ətrafına toplanıblar.
    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı “Tədbirlər Planı”nın təsdiq olunması və respublikamızda Ulu Öndərin 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev daima azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir.
    Qeyd olunub ki, azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Daha ətraflı »

  • 17Mar
    Kənd Təsərufatı Torpağa əyilən hər zaman ucalar üçün şərhlər bağlıdır

    Valideynlərimdən eşitmişdim ki, torpaq da canlıdır, qayğını sevir. Torpağa əyilən hər zaman ucalar.
    Mənim öz həyatım bu sözlərin nə qədər doğru olduğunu sübut edir. İlk vaxtlar fermer kimi fəaliyyətə başlayanda çətinliklərim çox oldu. Lakin qarşıma məqsəd qoydum və yorulmaq bilmədən çalışdım. Hal-hazırda İsmayılbəyli kəndində 80 hektar sahədə toxumluq taxıl becərirəm. Qeyd edim ki, nailiyyətlərimiz yüksəkdir. Təkcə ötən il hər hektardan 60-65 sentner birinci reproduksiyalı, 50-55 sentner 2-ci reproduksiyalı taxıl götürmüşük. Bu, orta rəqəmdir, halbuki ayrı-ayrı sahələrdə məhsuldarlıq daha yüksək olub.
    Uğurlarımın səbəbi nədir? Buna birmənalı olaraq cavab verərdim: dövlətimizin fermerlərə göstərdiyi qayğı, ölkədə bizim üçün yaradılan şərait. Belə ki, toxumluq taxıl becərən fermerlərə dövlət tərəfindən kvota ilə elit toxum verilir. Mən özüm əsasən “Qobustan” sortu seçirəm. Həm məhsuldardır, həm də becərilməsi zamanı problemlərlə rastlaşmırıq. Texnika sarıdan da çətinliklərimiz yoxdur. Dövlət aqrolizinq yolu ilə əldə etdiyimiz texnikanın qiymətinin müəyyən hissəsini özü ödəyir. Gübrələr pulsuz verilir. Becərdiyimiz məhsula gö-rə subsidiyalar alırıq.
    Həm rayonumuzun fermerlərini, həm də ətraf rayonlardan gələnləri yüksək məhsuldar toxumlarla təmin edirik.
    Hazırkı dönəmdə, dünya ciddi ərzaq qıtlığı ilə üz-üzə qaldığı bir vaxtda, üzərimizə düşən vəzifənin məsuliyyətini anlayır və hər bir aqrotexniki tədbiri yüksək səviyyədə həyata keçirərək, ölkəmizin taxıl ehtiyatlarının artırılmasına öz töhfəmizi verməyə çalışırıq.
    Qeyd edim ki, təkrar əkindən istifadə etməyə başlamışıq. Belə ki, ötən mövsümdə biçindən dərhal sonra 40 sentner sahədə qarğıdalı əkdik və hər hektardan 38 ton yem bitkisi götürüldü. Bu işdə müasir texnologiyalardan və texnikadan istifadə etməklə, təsərrüfatımızın gəlirlərini xeyli artıra bildik. Bu ildən təkrar əkini 50 hektarda aparmağı qərara almışıq. Daha ətraflı »

  • 17Mar
    Şəhidlər Martın 22-si Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım günüdür üçün şərhlər bağlıdır

    Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuşdur. Orta təhsilini buradakı orta məktəbdə almışdır. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdır. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdir. Vəzir Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdır. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdür. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdür. 1992-ci il may ayının 4-də Tərtər Özünümüdafiə batalyonuna daxil olmuşdur. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir, batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi. Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, 1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralandı. Bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtdı. O, cəsur bir döyüşçü kimi həmişə doyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar. 22 mart 1993-cü ildə son döyüşü oldu. O, Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid oldu. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Evli idi. Bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tərtər şəhərindəki küçələrdən biri Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını daşıyır

  • 17Mar
    Xəbərlər “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin “Heydər Əliyev İli” münasibətilə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 16 pilot məktəbinin şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon turniri keçirilib.
    Əvvəlcə turnirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Turnirdə Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində rayonumuzda keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideyasiyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, bütövlükdə müasir Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu münasibətlə də rayonumuzda müxtəlif səpkili tədbirlər həyata keçirilir.
    Yarışda l yeri Umudlu kənd tam orta məktəbin “Volunteers” (3801 xal) , ll yeri Səhlabad kənd tam orta məktəbin “Zəfər” (1199 xal), lll yeri şəhər 2 saylı məktəb-liseyin “Gənclər” (550 xal) və Seydimli kənd tam orta məktəbin “Fatehlər” komandaları (550 xal) tutaraq Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif edilib.

     

  • 17Mar
    Digər Şəhid ailələrində toy məclisləri üçün şərhlər bağlıdır

    Baharın yurdumuza qədəm qoyduğu günlərdə rayonumuzun Dəmirçilər kəndindən olan Vətən müharibəsi şəhidi Şamil İsmayıllının bacısının toy məclisi keçirilib. Məclisdə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
    Bildirilib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin, qazilərin canı, qanı hesabına əldə olunan Qələbənin sayəsində bu gün ölkəmizdə sülh və əmin-amanlıq bərqərar olub. Elimizdə–obamızda toy şənlikləri qurulur. Qədirbilən xalqımız bu yolda canını, sağlamlığını qurban verən igidlərimizi heç zaman unutmayacaq. Şamil kimi oğulların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

    Bakı şəhərində keçirilən toy məclisində şəhid Anar Hüseynovun ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
    Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı quran bəy və gəlinin valideynlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və cansağlığı arzu edib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.” Daha ətraflı »

  • 17Mar
    Digər Təbiətin oyanışı Novruzdan başlayır üçün şərhlər bağlıdır

    Yurdumuza Bahar gəlir! Vətənimizin hər yerində yazın gəlişi Günəşin bərq vuran işığında, qəlblərə hərarət gətirən ilıq, isti nəvazişində bir daha duyulmaqdadır. Sanki təbiət də bu gün şıltaqlığına, ərköyünlüyünə son qoymuşdur. Ağacdan-ağaca qonaraq oxuyan quşların nəğməsi, ağ örpəyə bürünən meyvə ağacları və bu çiçəklərin üstündə həvəslə vızıldaşan bal arıları insanın ruhuna bir yenilik, bir sevinc gətirir.
    İlin ən gözəl fəslidir Bahar. Bu fəsil gözəllik fəsli, xoş əhval-ruhiyyə fəslidir.
    Baharın ilk gününü xalqımız sevinclə, bayramla qarşılayır. Təbiətin oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli şəkildə qeyd edir.
    Novruz “yeni gün” deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ 1 ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir.
    Novruzda növbənöv bayram şirniyyatları bişirilir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir. Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıllığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa işarədir. Bayramın ən ləziz təamı isə plovdur. Hər evdə bayram gecəsi hökmən plov bişirilir, qohum-qonşuya, kimsəsizlərə, qapıya papaq atanlara pay verilir, hamı sevinir, küsülülər barışır, insanlar deyir-gülür, şənlik edir, bir-birinə xoş günlər arzulayırlar. Daha ətraflı »

  • 17Mar
    Xəbərlər “Fiqan” adlı kitabın təqdimatı olub üçün şərhlər bağlıdır

    Xoruzli kənd tam orta məktəbində məktəbin məzunu, hal-hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 17 yaşlı gənc yazar Əfqan Məmmədovun “Fiqan” adlı kitabının təqdimatı keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti yanında İc-timai Şuranın üzvləri – Svetlana Bağırova, Orxan Mustafazadə, Xoruzlu kənd İƏD üzrə nümayəndə Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər, şəhid valideynləri və qazilər, kənd sakinləri iştirak ediblər.
    Kitab haqqında məlumat verən Orxan Mustafazadə bildirib ki, Əfqan Məmmədovun “Fiqan” kitabında qələmə aldığı hadisələr insanı düşündürür. Gənc yazarın kitaba maraq göstərməsi, həm keçmişin, həm də bugünümüzün reallıqlarına müraciət etməsi təqdirəlayiqdir.
    Sonra şəhid valideynləri Əhliman Hüseynov, Avaz İsmayılova, I Qarabağ müharibəsi qazisi Ayaz Məmmədov, icra nümayəndəsi Elçin Qasımov, məktəbin direktoru Elşən Səfərov, müəllimlər və başqaları çıxış edərək, gənc müəllifə qədəm qoyduğu çətin və şərəfli yolda uğurlar arzulayıblar. Qeyd olunub ki, hər hansı bir əsəri ərsəyə gətirib, onu oxucuların ixtiyarına vermək böyük məsuliyyət, zəhmətsevərlik və inadkarlıq tələb edir. Əfqan bu işin öhdəsindən gələ bilib. Əlbəttə, gələcəkdə o, öz üzərində daha çox işləməli və daim öyrənməlidir.
    Tədbir müəllifin iştirakçılara kitab təqdim etməsilə yekunlaşıb.

    “Yeni Tərtər”

  • 17Mar
    Digər Təbiət və biz üçün şərhlər bağlıdır

    Ətraf mühitin mühafizəsi günün aktual məsələsidir

    Hər bir dövrün özünün həllini tələb edən problemləri var. XXI əsrdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar insanları düşündürən və çox ciddi narahat edən məsələlərdən ən başlıcası bəşəriyyəti gözləyə biləcək su qıtlığıdır. Bununla bağlı alimlərimiz həyəcan təbili çalır.
    Belə bir vaxtda Mingəçevir Dövlət Universitetinin və Avropa Komissiyasının Erasmus+proqramının GEOCLIC layihəsi çərçivəsində fəaliyyət göstərən GEOCOF ofisi ilə birgə təşkil etdiyi müsabiqə xüsusi aktuallığı ilə seçilir.
    Müsabiqəyə təqdim olunan fotoşəkillər maarifləndirici xarakter daşımaqla, insanları düşündürür, susuz həyatın olmadığını anladır.
    Təqdirəlayiq haldır ki, həmyerlimiz, Mamırlı kənd tam orta məktəbin coğrafiya müəllimi Səbuhi Kərimov həmin müsabiqədə iştirak edərək, III yerə layiq görülüb.
    Bu barədə Səbuhi müəllim deyir:
    –Müsabiqənin məqsədi ətraf mühitin mühafizəsi barədə içtimaiyyətin məlumatlılığını artırmağa töhfə vermək idi. Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşür. Mən də təqdim etdiyim fotoda bunu nəzərə almağa çalışmışdım. Əldə etdiyim nəticəyə görə kitab, ekoçanta və sertifikatla mükafatlandırılmışam. Müsabiqəni təşkil edənlərə öz təşəkkürümü bildirirəm.

    “Yeni Tərtər”

  • 13Mar
    Digər Azərbaycan münaqişələrin dinc yolla həllinin tərəfdarıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxış edib. Dövlət başçısı qeyd edib ki, Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib.

    Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq.

    Prezident İlham Əliyev bildirib ki, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub.

    Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı. Daha ətraflı »