Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May
    Xəbərlər Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərə sovqat paylanılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti “Vəkiloğlu” MMC şirkəti ilə birlikdə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər ra-yonundan olan Vətən Müharibəsinin 62 şəhid ailəsinə və 57 əlilinə ərzaq yardımı edib.
    Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC şirkətinin əməkdaşları iştirak ediblər.
    Şəhid atası İfrayıl Hacıyev, qazi Misir Axundov və başqaları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

  • 19May
    Şəhidlər Azərbaycan tarixi xarici jurnalistlərin gözü ilə üçün şərhlər bağlıdır

    Yoldaşlarını ziyarət etdi, bir həftədən sonra isə özü xiyabana şəhid kimi qayıtdı…

    Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
    Aşağıda həmin yazını oxucularımıza təqdim edirik.
    Rəhilə Orucova doğma torpaq uğrunda şəhid olanda cəmi 27 yaşı vardı. Şuşanın alınması xəbərini o, Tərtərdə eşitdi. Ağdərə rayonunun Marquşevan kəndi (hazırda Şıxarx) istiqamətində hücuma keçmək əmri verilmişdi. O, həmin Şıxarxdı ki, özümün könüllülük fəaliyyətimdə dəfələrlə orada olmuşam. Könüllü olaraq ora gəlirdim! Artıq bizim günlərdə burada Turanə adlı azərbaycanlı qız şəhid olmuşdu. Şıxarx – bu, bütöv bir tarixdir! Kədər, böyük döyüşçülər və cəsarətli şəxsiyyətlər tarixi! Rəhilə Göyçayda doğulmuşdu. Bu, Azərbaycanın xüsusilə gözəl bir guşəsidir. Sonralar Orucovlar ailəsi Bakıya köçdü və o, burda tibb texnikumunu bitirdi.
    Qarabağ müharibəsi başlayanda, o, könüllü olaraq cəbhəyə getdi. Könüllü! Mənə elə gəlir ki, bu, başqalarının həyatını xilas etmək üçün insanın edə biləcəyi ən yüksək hərəkətdir. Qorxmaz qız kişilərlə bərabər döyüşə gedirdi. Həmin kədərli gündə “Qurtuluş” batalyonundan 11 əsgər şəhid olmuşdu. Daha ətraflı »

  • 19May
    Ədəbiyyat El sənətkarlarımız üçün şərhlər bağlıdır

    Dinləyici vurğunluğu

    Hələ səksəninci illərdə ekranda, efirdə sevə-sevə dinlədiyim mahir bir saz ifaçısı vardı – Əıi Quliyev ( Əli Urfan ). O aşığı qiyabi tanısam da, böyük və kamil sənətkar kimi ona qəlbimdə dərin hörmət, sonsuz dinləyici sevgisi olub. Yaxın ötən həftələrin birində “Saz-söz məclisi”nin qonağı olan aşıq Əlini müdrik, ağsaqqal bir sənətkar durumunda görəndə onun sənətinə, şəxsiyyətinə olan rəğbətimin əbəs olmadığına bir daha əmin oldum. Bu günlərdə ( 07.05.2023) bir şeirlər kitabını Elnur Baxışın vasitəsi ilə mənə hədiyyə göndərən USTADA təşəkkürümü bildirirəm. Kitabı əlimə alanda sandım ki, müəllifin əlidir, mənim əlimi sıxır. Daha ətraflı »

  • 19May
    Digər Fiziki və mənəvi cəhətdən sağlam gənclər hesabına ölkəmiz daha da yüksələcək üçün şərhlər bağlıdır

    Odur ki, narkomaniyaya “yox” deyək!

    Narkomaniyanın digər adı “ağ ölüm”dür. Ağ rəng adətən xəyalımızda xoşbəxt günləri, hadisələri canlandırır. Bu bəlanın da əsl üzü elə budur: Əvvəlcə insanda xoş duyğular yaradır, sonra bir-birinin ardınca ölümə aparan qara günlər başlayır…
    “Ağ ölüm”lə mübarizənin isə bir yolu var: ailə, məktəb, cəmiyyət olaraq birləşmək, böyüməkdə olan nəsli maarifləndirmək, onların ömür yoluna bu qorxulu kabusun daxil olmasına yol verməmək.
    Tərtər Rayon Polis Şöbəsinin Mamırlı kənd tam orta məktəbində keçirdiyi tədbirin məqsədi də elə bu idi.
    Məktəbin şagird və müəllim kollektivlərinin, valideynlərin iştirakı ilə keçirilən görüşə polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, həkim Lütüfə Bağırova, Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova gəlmişdilər. Daha ətraflı »

  • 13May
    Digər Ulu Öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Sərəncama əsasən il ərzində ölkədə və xaricdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin biri cənab Prezident İlham Əliyevin iştirakı ilə 10 mayda Azərbaycanın incisi sayılan Şuşada keçirilmişdir. Burada Ölkə Başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət etdi.

    Cənab Prezident İlham Əliyev məkan olaraq Şuşanın və məhz bu meydanın təsadüfi seçilmədiyini bildirdi. Qeyd etdi ki, Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır. Bütün quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi və bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Daha ətraflı »

  • 11May
    Xəbərlər Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.

    Ulu Öndərin adını daşıyan Mərkəzi Meydanda keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu-havası yaşanıb.

    Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər

     

  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə(Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ərazisində yerləşən N saylı hərbi hissələrinin zabit və əsgərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli Liderə həsr olunmuş fotosərgi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə sərgi keçirilib.

    Sərgidə tədbir iştirakçıları Ulu Öndərin Tərtər rayonuna 1975, 1976 və 1978-ci illərdə səfərlərini əks etdirən foto şəkillərə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin çəkdikləri rəsm və hazırladıqları dekorativ tətbiqi sənət nümunələrinə baxıblar. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərlilər Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətini nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubleyi Tərtər rayonunda da qeyd olunub. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Daha ətraflı »

  • 09May
    Digər 2023-cü il “Heydər Əliyev İli”dir üçün şərhlər bağlıdır

    “Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

    Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün əsasını Azərbaycançılıq məfkurəsi təşkil edir.

    Ümummilli Lider deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”

    “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.” – deyən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi.

    O hesab edirdi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.”

    Heydər Əliyev bildirirdi: “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur.”

    Öz xalqının vətənpərvərliyini yüksək qiymətləndirən Ümummilli Lider deyirdi ki, “ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.” “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.” Daha ətraflı »