Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Apr
    Xəbərlər Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Aprelin 11-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
    Həsənriz kəndinə bu mərhələdə 20 ailə – 72 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • 22Apr
    Təhsil RAYONUMUZUN FƏXRİ üçün şərhlər bağlıdır

    Qəzetimizin 2017-ci il 30 may tarixili sayında “Sarov kəndində bir qız böyüyür” sərlövhəli məqaləm dərc olunmuşdu. Məqalədə deyilirdi ki, Sarov kənd tam orta məktəbinin III sinfində oxuyan Çinarə Quliyeva ”özü balaca olsa da, böyük arzularla yaşayır və indidən təkcə kənddə deyil, rayon miqyasında da təhsildə qazandığı uğurları ilə tanınır.”
    Martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif üzrə maksimum nəticə əldə edən 23 nəfərdən birinin rayonumuzdan olduğunu biləndə, çox sevindim. Həmin şagirdi redaksiyamıza dəvət etdik və məlum oldu ki, bu, Sarovdan olan o “balaca qızdır”. Ancaq daha böyüyüb. İndi onu təkcə rayonumuzda deyil, respublikamızda da tanıyırlar. 2017-ci ildə yazmışdıq: “Beləcə Sarov kəndinə bir qız böyüyür–Çinarə Quliyeva. Gələcəkdə bu qız hansı peşəni seçəcək, kim olacaq? Bunu hələ heç kim bilmir. Atalı-analı böyüsün, dinc səma altında yaşasın, Nabat nənənin arzuları onun həyatında çin olsun”.
    Budəfəki gəlişində qarşımızda artıq öz yolunu müəyyənləşdirmiş bir gənc dayanmışdı. Bildirdi ki, hüquqşünas olmaq istəyir. Bu qərarını 8-ci sinifdə oxuyarkən verib. Yenə də Nabat nənəsi haqqında sevgi ilə danışdı. Dedi ki, uğuruna hamı sevinsə də, bundan ən böyük pay nənəsinə düşüb. İllər ərzində valideynlərilə bərabər həmişə Nabat nənəsini yanında görüb, onun söhbətləri, şirin nağılları, öyüd-nəsihətlərilə böyüyüb.
    Çinarə onu da söylədi ki, imtahanlara öz kəndlərində, oxuduğu məktəbin müəllimlərilə hazırlaşıb. Buna görə məktəbin kollektivinə, xüsusən də Aidə Məmmədovaya, Nadirə Paşayevaya, Hicran Səfərovaya dərin təşəkkürünü bildirdi və dedi: Daha ətraflı »

  • 22Apr
    Təhsil Uğuruna pillə-pillə yaxınlaşıb üçün şərhlər bağlıdır

    Səhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Sevinc Əlizadə Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-də keçirilən buraxılış imtahanında 297 bal toplayıb.
    Sevinc deyir ki, məktəb illəri ərzində bu uğura pillə-pillə yaxınlaşıb. Həm dərslərini yaxşı oxuyub, həm də məktəbin ictimai həyatında yaxından iştirak edib. Dəfələrlə respublika fənn olimpiadalarında tarix fənni üzrə finalçı olub, “Zəfər tariximiz” inşa yazı müsabiqəsində rayon üzrə birinci yerə layiq görülüb. Milli-mənəvi dəyərlərimizin qorunmasına dair keçirilən komanda yarışlarında rayon üzrə 1-ci, region üzrə 2-ci olub. 9-cu sinif üzrə buraxılış imtahanında isə 258 bal toplayıb və fərqlənmə attestatı alıb.
    Sevincin anası Sevda xanım ibtidai sinif müəllimidir. O bildirdi ki, övladının qazandğı uğura görə özünü xoşbəxt hiss edir. Çünki bu uğur gərgin zəhmətin nəticəsidir. O, qızının uğur qazanmasında məktəbin pedaqoji kollektivinin rolunu xüsusi qeyd edərək dedi:
    –Sevincin təhsil aldığı, mənim isə işlədiyim şəhər 5 saylı tam orta məktəbin binası müharibə illərində ermənilərin atdığı mərmilər nəticəsində dağılmışdı. Elm və Təhsil Nazirliyinin vəsaiti hesabına məktəbimiz üçün yeni, yaraşıqlı bina tikildi. İndi burada uşaqlarımızın rahat təhsil almasından ötrü hər cür şərait var. Onların ixtiyarına müasir fənn kabinələri verilib, yeni kompüterlər gətirilib.
    Sevincdən öyrəndik ki, o, ailənin üçüncü övladıdır. Qardaşı Əyyub idarəetmə kollecində təhsil alır, Tural isə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsidir. Sevinc isə gələcəkdə hüquqşünas olmaq arzusundadır. İnanırıq ki, savadı, tərbiyəsi, dünyagörüşü ilə həmyaşıdlarına nümunə olan bu qız həm müəllimlərinin, həm də valideynlərinin ümidlərini doğruldacaq.

    “Yeni Tərtər”

  • 22Apr
    Digər Konstitusiya və Suverenlik ili – 2025 üçün şərhlər bağlıdır

    Azərbaycanın hüquqi irsinə və geosiyasi müstəqilliyinə yeni baxış

    2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik fəlsəfəsində yeni mərhələnin başlanğıcıdır. Bu təşəbbüs hüquqi dövlət quruculuğunun dərinləşməsi, suverenliyin möhkəmləndirilməsi və milli özünüdərkin yeni bir səviyyəyə keçidi ilə səciyyələnir. Azərbaycanın müasir siyasi tarixində 2025-ci ilin xüsusi yer tutmasının iki əsas səbəbi var: birincisi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir; ikincisi isə – Er-mənistan üzərində qazanılan hərbi-siyasi Qələbənin beşinci ildönümüdür. Bu iki hadisə bir tərəfdən hüquqi suverenliyin rəmzi olan konstitusiyanın, digər tərəfdən isə faktiki və ərazi suverenliyinin təntənəsini ifa-də edir.
    Azərbaycanın ilk müstəqil Konstitusiyası 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq referendum yolu ilə qəbul olundu. Bu sənəd həm hüquqi normaların məcmusu, həm də xalqın iradəsini və milli kimliyini ifadə edən siyasi müqavilədir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət bu Konstitusiya dövrün çağırışlarına uyğun olaraq sonrakı illərdə bir neçə dəfə dəyişikliklərə uğrayaraq dinamik, çevik və müasirləşən bir sənədə çevrildi.
    Konstitusiya hüquqi sistemin əsasını təşkil etməklə yanaşı, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə suveren aktor kimi çıxış etməsinin də təməlini qoydu. 1995-ci ildə qəbul edilən bu sənəd vasitəsilə Azərbaycan beynəlxalq hüququn prinsiplərini daxili hüquqla uyğunlaşdıraraq müstəqil və hüquqi dövlət modelini dünyaya təqdim etdi. Daha ətraflı »

  • 22Apr
    Digər Qarabağın Ağdərəsi: Zamanın sınaqlarından parlaq Qələbəyə doğru üçün şərhlər bağlıdır

    30 il – bir insan ömrünün yarısı qədər zaman. Lakin tarix üçün bu, bir göz qırpımı qədər qısa, millət yaddaşı üçün isə silinməz izlər buraxan uzun bir dövrdür. Mən – Türkan Qasımova, doğulub üzünü görmədiyim, lakin könüldən-könülə daşıdığım Ağdərə torpağına səfər etmək fürsəti qazandım. Bu səfər nəinki bir tədqiqat missiyası, eyni zamanda milli kimliklə mənəvi bağımın daha da dərinləşməsi idi.
    Ağdərə rayonu Qarabağ bölgəsinin həm coğrafi, həm də strateji baxımdan mühüm hissələrindən biri-dir. Azərbaycanın suveren ərazisi olan bu bölgə uzun illər erməni işğalında qaldığı üçün tədqiqatçılar üçün faktiki olaraq qapalı məkan idi. Bu səbəbdən də Ağdərənin tarixi, toponimiyası, demoqrafik dinamikası, sosial-mədəni inkişafı ilə bağlı çoxsaylı boşluqlar mövcud idi. Rayonun azad olunması ilə bu boşluqların ara-dan qaldırılması üçün geniş tədqiqat imkanları yarandı və mən də bu imkandan istifadə edərək bölgəyə səfər etdim.
    Səfərimin məqsədi təkcə bölgənin tarixi abidələrini və toponim dəyişikliklərini yerində sənədləşdirmək deyildi. Mən həm də Qarabağın bu strateji bölgəsinin yaddaşını – kollektiv və fərdi xatirələrini, sakinlərin dilində qorunmuş hekayələri, kənd adlarının dəyişmə tarixçəsini və bu dəyişikliklərin arxasında dayanan siyasi motivasiyaları araşdırmaq niyyətində idim.
    Bu məqsədlə Ağdərənin bir neçə kəndini ziyarət etdim, müharibədən əvvəl və sonra çəkilmiş arxiv fotoşəkilləri ilə mövcud vəziyyəti müqayisə etdim. Kəndlərdə qalan tarixi məkanlar, məscidlər, su hövzələri və bulaqlar üzərində müşahidələr apardım. “Malaqan bulağı” kimi yerlər həm tarixi, həm də etnoqrafik baxımdan dərin mənalar daşıyır və bu cür toponimlər zaman-zaman həm məhv edilməyə, həm də saxtalaşdırılmağa çalışılıb. Bu, təkcə mədəni irsə deyil, eyni zamanda milli kimliyə qarşı yönəlmiş sistemli bir siyasətin göstəricisidir.
    Ağdərədə addımladığım hər bir torpaq parçası mənə tariximizin sarsılmazlığını və xalqımızın əzmini xatırlatdı. Qalası uçurulmuş, məktəbi xarabazara çevrilmiş, kəndi boşaldılmış torpaqlar yenidən canlanırdı. Bu yenidən dirçəliş təkcə dövlət proqramlarının nəticəsi deyil, həm də xalqın ruhunun, azadlıq əzminin təcəssümüdür.
    Kəndlərdə rastlaşdığım az sayda yerli sakinlərlə apardığım söhbətlər mənə göstərdi ki, yurd itkisi yalnız fiziki deyil, həm də mənəvi travmadır. Lakin eyni zamanda qayıdış da yalnız fiziki deyil – o, ruhun, yaddaşın və milli mənliyin qayıdışıdır. Daha ətraflı »

  • 22Apr
    Xəbərlər Vətəndaş müraciəti həllini tapdı üçün şərhlər bağlıdır

    Evoğlu kənd sakinlərinin müraciəti əsasında Evoğlu-Kətəlparaq avtomobil yolunun kənarlarına vətəndaşlar tərəfindən tökülən məişət tullantıları təmizlənib.
    Bu iş Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Evoğlu kənd İƏD üzrə nümayəndəlik və Azad Qaraqoyunlu Bələdiyyəsi tərəfindən xüsusi texni-kalar vasitəsi görülüb.

    Bu günlərdə Təley arxının Tərtər şəhəri ərazisindən keçən hissəsi lildən və kol-kosdan təmizlənib.
    Bu iş müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin maşın-mexanizmləri tərəfindən görülüb.

  • 22Apr
    Təhsil Coğrafiya fənnindən açıq dərs üçün şərhlər bağlıdır

    “TÜRK DÜNYASI BİRLİYİ”

    Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənn müəllimi Səbuhi Kərimov VII sinifdə “Türk dünyası birliyi” mövzusunda açıq dərs keçib.
    Əvvəlcə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublkasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın və vaxtıilə məktəbdə çalışıb dünyasını dəyişən müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Proyektorda Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyev cənablarının türk dünyasında gördükləri misilsiz xidmətlər barədə videoçarx izlənilib.
    Açıq dərs geniş resurslarla təqdim olunub. Türk dünyasını əks etdirən müxtəlif şəkillər nümayiş etdirilib. Sonra şagirdlər qrup işlərini təqdim ediblər. Dərsin bütün mərhələləri uğurla yerinə yetirilib.
    Sonda qiymətləndirmə mərhələsi müəllimlər tərəfindən aparılıb. Daha ətraflı »

  • 18Apr
    Digər Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Daha ətraflı »

  • 15Apr
    Digər Aprelin 15-i Akademik Zərifə xanım Əliyevanın anım günüdür üçün şərhlər bağlıdır

    Əsl insanlıq zirvəsinə yüksələn böyük şəxsiyyət

        Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

    Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.

    1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

    1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

    XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

    Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.

    Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Daha ətraflı »

  • 11Apr
    Təhsil Tərtər rayonundan olan abituriyent buraxılış imtahanında yüksək nəticə əldə edib üçün şərhlər bağlıdır

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Tərtər rayon Rövşən Kərimov adına Sarov kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Quliyeva Çinarə Rəşad qızıdır.

    Çinarə Quluyeva 3-cü ixtisas qrupuna hazırlaşır. Hədəfi 700 bal toplamaqdır.

    Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

    Tərtər Rayon İcra Hakimiyyəti adından Çinarə Quliyevanı təbrik edir, gələcək təhsilində uğurlar arzulayırıq.